Liderləriniz olsun, Müdirləriniz deyil

Maaş və Güzəştlər Bazardakı Rəqabətə uyğun olmalıdır

Son Glasdoor sorğusuna görə işini buraxanların 45%-nin ən birinci səbəbi maaş olur. Bu səbəbi inkişaf imkanları, daha yaxşı güzəştlər və iş yerinin olduğu uzaqlıq izləyir.

Bəs səbəb həmişə pul ilə əlaqəlidir?

İşçi saxlama haqqında edilən son sorğulara görə X nəslinin sadəcə 24%-i mali stabilliyin onları işlərində qalmağa həvəsləndirdiyini deyib. 56% isə tibbi və digər sığortaların onların işlərini tərk etməyi önlədiyini bildirib. Güzəştlər həqiqətən, güzəştli məsələlərdir. Pul vacibidir. Bu barədə işçilərinizə təqdim etdiyinizin bazardakı qiymətlərlə mənfi mənada çox da fərqi olmamalıdır.

Ən başda doğru insanı seçin

Glassdoor ortaya çıxarıb ki, yeni işçilərin 35%-ni şirkətlər, gələn ilə qədər ayrıla biləcək işçiləri əvəz etsin deyə götürürlər. Bu bir az dözümsüz haldır ki, şirkətlər artıq işə götürdüyü yeni işçilərinin üçdə birinin ayrılacağını ön görürlər.

İşə götürənlərin 37%-i həmfikirlərdir ki, işə götürmə prosesi zamanı daha açıq və geniş bir şəkildə məlumatlandırılan işçilərin saxlanma ehtimalı daha yüksəkdir.

Yeni işə götürüləndən gözləntiləriniz barədə səmimisinizmi? Yoxsa işçini saxlamaq üçün bəzi şeyləri gizlədirsinizmi? Əgər olmayan bir iş və komanda üçün işə götürülən bir işçiniz varsa, o asanlıqla məyus olacaqdır və həvəsdən düşəcəkdir.

Liderləriniz olsun, Müdirləriniz deyil

Az insan lider olmağı öhdəliyinə götürür, amma hamı müdir olmaq istəyir. Amma unutmayın ki, insanlar liderləri izləyir, müdirləri tərk edirlər. Müdirə hər yerdə rastlaya bilərsiz amma, liderə nadir. Bir müdirlə 10 ilə gedəcəyiniz yolu, bir liderlə 1 ilə də gedərsiz. Qərar sizindir. Həqiqətən də qərar sizindir.

Leave your thoughts