İnsan Resursları qədər tez-tez ad dəyişikliyini hesaba qatan başqa bir iş departamentinə rast gəlmək çox çətindir. Hətta bir dəyişikliyə qərar verən hər hansı bir sahə bunu sadəcə komandasının adını yenidən adlandırmaqla həyata keçirir.
Marketinqdə, məsələn, bəzi departamentlər bazar araşdırması sözünü zibil qutusuna atıb və bunun yerinə müştəri/istehlakçı anlayışı istifadə etməyə başladı. Biz də bu rəqsi İR ilə etmirik desək yalan olar. İşə götürmə, istedadı əldə etmə halını aldı, kompensasiya və güzəştlər ümumi mükafatların içinə qarışdırıldı.
Buna baxmayaraq, vacib addımları ataraq xüsusi departamentlərin məsuliyyət və öhdəliklərini daha da açıq hala gətirmək üçün bəzi sahələrdə ad dəyişikliyinə getmək yerinə bir çox İR lideri hələ də bütün department üçün İR ləqəbini işlətməyə davam edir. Bu heç də təzə bir şey deyil. Bu söhbət illərdir gedir.
İllər!
Bunun bir nəticəsi olaraq, son on ildə CHRO-ların (İnsan Resursları Departamentinin Üzvü) Chief People Officer (İnsan Departamentinin Üzvü) rütbəsini almağa başladılar. 3 il əvvəl Airbnb, İR lideri Mark Levy bütün İR departamentinin adını Qlobal İşçi Təcrübəsi Departamenti (Global Head of Employee Experience) ilə dəyişdirdi.
Bu cür addımları şirkətlər hər mərtəbədə etməyə başladı. İR funksiyası yerinə, bir çox şirkətin istifadə etməyi planlaşdırdıqları bəzi adlar belədir:
İnsan Kapitalının İdarəsi, İşçilərin İdarəsi və Qayğısı Departamenti, İctimai Resurs Mərkəzi, İstedadın İdarəsi, İnsan və İnkişaf, İnsan Əlaqələri, İşçi Dəstək, İstedad Resursları, İnsan İşləri, Komanda Üzv Xidməti
Burda Dayanaq. Ətrafımıza göz gəzdirək.
İR-nın adını, İR-nın gördüyü işi və bu işi necə gördüyü barədə heç bir dəyişiklik etmədən, dəyişdirmək çox da bir fərq yaratmayacaq.
Və bəzən, reallıq belədir ki, işçilər iş yerinin bir bucağında bele ad dəyişiklərinə gözlərini süzərək reaksiya verirlər. Onlara görə bütün bunlar nəinki reallıq hətta göstərişdir.
Bir IT şirkəti İR departamentinin adını dəyişdirib, İnsan Kapitalı İdarəsi qoyacağını elan etmişdi.
İşçilər bildiriş üstünə bildiriş gəlməsindən artıq boğulurlardı. Dəyişdirilmiş intranet səhifəsi açıldı. İşçilərlə iclaslar keçirilib bu dəyişiklər tanıtıldı: “Biz sadəcə istifadə olunan qaynaqlara ‘sərmayə’ayırırıq.” İşçilərdəki şüphələr heç də az deyildi. “Onlar özlərini nə adlandırırlarsa adlandırsınlar İR hələ də insanların yoluna daş qoyan mənasına gəlir kimi görünür.” Uf.
Son əsrdə bu ad oyununda bəzi dinamik dəyişiklər olub. Sənaye və iş gücü əlaqələrindən başlayaraq 1980-lərdə insan resursları adlanmadan öncə belə şeylər ‘ödəmə ofisi’ndən başlayaraq ‘personal departamenti’ kimi adlara məruz qalıb.
Bəs ən vacib şey özümüzə qoyduğumuz addır? Dil çox önəmlidir amma daha dərin məsələ nə üçün var olduğumuz, xarici və daxili müştərilərə öz dəyərlərimizi hərəkət və fəaliyyətlərimiz vasitəsi ilə necə təqdim etdiyimizdir. Namizəd və işçilərimizə super bir təcrübə yaşadırıqmı? Onların qabiliyyətlərini şirkətin hədəf və strategiyaları ilə uzlaşdırıb həm şirkətə, həm də fərdi işçilərə müvəffəqiyyət təqdim edirik mi? İşçilərimizi dəstəkləyib gücləndiririkmi? Heç qayğı göstəririkmi?
Özümüzü nə adlandırmağımızdan asılı olmayaraq insan oluruq mu?
Bu hər hansı bir şirkətin İR departmentinə aid olduğu kimi İR ya da ad çıxartmış İD (işə düzəltmə) şirkətlərinə də eyni ilə ünvanlana bilər.
Yəni…
Hələ də qapınıza gələn namizədlərdən girişdə pul alırsınız mı? Ya da Namizədin ilk maaşının tamamını və yaxud da ən yaxşı ehtimalla yarısını alırsınız mı? Ya da şirkətlərdən gələn “pulu bizdən yox namizəddən alsanız, olmaz?” təklifini heç düşünmədən təsdiq edirsinizmi?
Ya da qısacası insan olursunuzmu?
“Xeyir biz işə düzəltmə deyil İnsan Resursları və Konsultasiya Şirkətiyik.”
Hələ ki…
İstifadə edilən Qaynaqlar
https://blog.hrcloud.com/
https://www.scribd.com/
https://www.thebalance.com