Josh Bersin’nin 5 İR Strategiyası

Yeni qlobal iqtisadiyyatda işçinin təcrübəsini maksimum səviyyəyə çatdırmaq üçün 5 strategiya

  1. İşə Götürən Brendini diqqət mərkəzinə alın. Namizədlərin şirkətinizi necə qavradığını başa düşün və bunun üzərində işləyin. Bu informasiyanı CEO`nuza və yuxarı səviyyə biznes liderlərinə xəbər verin ki, bu idarə heyətini, şirkət ənənəsini və iş çevrəsini inkişaf etdirməyə məcbur edəsiniz.
  2. Maaşları və mükafatları günün tələbinə uyğunlaşdırın. Mən inanıram ki, şirkətlər hər altı aydan bir mükafat proqramlarını təzələməlidirlər. Bu proqramların illik olması artıq çox gec sayılır. İşçilərinə yarım illik planlarla rəy bildirmək və maaş artışı imkanı verən şirkətlərlə danışanda aydın oldu ki, bu da artıq kifayət etmir. Kompensasiya ilə əlaqəli həddindən artıq miqdarda informasiya mövcud olduğu üçün, işçiləriniz həmin informasiyalardan xəbər tutmazdan əvvəl onları qabaqlayıb yeni bir proqram təqdim etməlisiniz.
  3. İşçinizin Səyahətini (Employee Journey) anlamağa çalışın və başdan başa işçi təcrübəsi üzərində çalışın. Bu o deməkdir ki, işçinizi namizəd olaraq işə müraciət etmə prosesi də daxil olmaqla ilk gün, ilk ay, ilk yarım il, ilk il, ilk mükafat və sairə anlarında izləməlisiniz. Onların ayaq izlərinə basaraq yeriyərək onların necə bir yoldan keçdiyini təcrübə etməlisiniz. Dizayn düşüncəsi konseptləri artıq çox yayılıb, bunlardan istifadə edərək dijital  olaraq var olan bir təcrübə ortaya çıxarmalısınız ki, insanlar karyeralarını asanlıqla zənginləşdirə bilsinlər.
  4. L&D (Öyrənmə və İnkişaf) strategiyanızı yenidən inşa edin. Bu il, 2018, mikro-öyrənmə srategiyasını qəbul etmə ilidir, LMS alətlərinizi təzələyin, və “işi axarında öyrənmə” konsepsiyalarını dəstəkləyin. Bu haqda daha çox yazmaq olar – amma sizə xatırladım ki, insanlar şirkətləri artıq yeni şeylər “öyrənmədiklərini” fərq etdikləri anda tərk etməyə başlayırlar. Bunu qarşısını ala bilərsiniz.
  5. CEO və yuxarı səviyyə liderləri həmişə xəbərdar edin. Onların işçi saxlama faizinizdən, işçi işə almağın nə qədər çətin olduğundan, və biznesinizin hansı sahələrində istedad qıtlığının və bacarıq fərqlərinin olduğundan həmişə xəbərləri olsun. Tez bir şəkildə hərəkətə keçməyiniz üçün onların köməyinə ehtiyacınız olacaqdır. Əgər daha çox rekruterlər işə almaq lazımdırsa, yeni inkişaf proqramına yatırım etmək lazımdırsa, və yaxud da iş modellərini radikal bir şəkildə dəyişdirib günə uyğunlaşdırmaq lazımdırsa yenə yuxarı səviyyə liderlərin köməyinə ehiyacınız olacaqdır. Rəqabətkar böyümə zamanı CEO-lar əllərindən gələni edirlər ki, kömək etsinlər, siz də bu imkandan yaxşı istifadə edin.

Josh Bersin, Bersin’in qurucusudur (bugün “Deloitte nəzdində Bersin” olaraq bilinir) və Deloitte Consulting ‘in bir müdiridir.

İstifadə edilən qaynaqlar

Josh Bersin’s top 5 strategies to maximise the employee experience

Leave your thoughts