Doğru İş (III)

Çox vaxt həvəslərimizin dalınca düşərək ya da sadəcə mövqe adlarına ilişərək reallıqlardan uzaq bir karyera xəyalı ilə yaşasaq da əslində bu xəyallar hazırdakı çalışdığımız işdən məmnun olmadığımızı göstərir. Karyera dəyişməyi bir futbolçunun liqa dəyişməyinə bənzətmək olar. Səviyəsi aşağı olan bir liqada bacarıqlarınızdan minimum dərəcədə istifadə edib əslində gələbiləcəyiniz yerlərə çox uzaq qala bilərsiniz, ya da liqanızı dəyişərək istedadlarınızdan maksimum dərəcədə istifadə edib, bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Yazı seriyamızın əvvəlki hissələrində qeyd etdiyimiz kimi doğru işi tapmaq istisnalar olsa da, heç də həvəslərinizin arxasına düşmək nəticəsində olmur. Doğru iş, doğru sualları verərək ideyalarınızı, bacarıq və istedadlarınızı reallıqlara uyğunlaşdıraraq bu prosesi başlatmaq ilə olur.

Hansı işin sizə ən uyğun olduğunu ortaya çıxarmaq üçün bu praktiki addımlar çox faydalıdır

  • Bacarıqlarınızı analiz edin. İş xaricində işlətdiyiniz bacarıqlarınız başda olmaqla istedadlarınızı dərinləməsinə analiz edin. Nəyi yaxşı bacarırsınız? İşyerində ən çox hansı bacarıqlarınızdan istifadə etməyi düşünürsünüz? Bacarıqlarınızı, təlimlərinizi və könüllü fəaliyyətlərinizi dəlillər ilə dəstəkləyin.
  • İşiniz üçün lazım olan 10 kriteriya üzərində çalışın. İdeal işiniz üçün vacib olanlar listi hazırlayın- birlikdə çalışmaqdan zövq alacağınız insanlar, qazanmaq istədiyiniz nailiyyətlər və şirkətin çalışma stili kimi. Sonra dəyərlərinizi mixerin içinə atın-hansı məhsullar və xidmətlər xoşunuza gəlir? 10 kriteryarınızın ən az altısına uyğun gələn işləri sıralayın.
  • İş tələblərinə fokuslanın. Mövqe adlarına ilişib qalmayın, xüsusi tələbləri öyrənin, məsələn “Mən bu bacarıqları tələb edən, bu biliklərin lazım olduğu və bu çalışma stilinin hakim olduğu bir iş axtarıram”. İnsanlara yenilikçi məsləhətlər verməyə icazə verin, sadəcə hədəf işlərinizə maraq göstərməyin.
  • Təcrübəniz üzərində dərindən qazıntı aparın. Çox az insan karyera testləri vasitəsi ilə ideal işini tapır. Çox vaxt çatışmayan keçmiş təcrübələr ilə ideyaları uyuşdurmağın yeni yoludur. Keçmişdə sizə ilham verən şeylər nə idi -iş vaxtı, boş vaxtlarınızda və yaxud da oxuyanda-və bunu iş dünyasında insanların gördüyü işlər vasitəsi ilə xəritələşdirin.
  • Sıçramadan əvvəl durduğunuz yerə baxın. İş axtarmadan əvvəl araşdırın. Sektrolarla əlaqəli ikinci qaynaqlara güvənməyin özünüz araşdırın. Bir neçə iş fikri seçin və ətrafınızdakı insanlara o işin reallıqda nədən ibarət olduğunu öyrənənə qədər soruşun. Bu yolla həm işin nə olduğunu öyrənirsən həm də sizi işə qəbul edəck dili necə danışmaq lazımdır onu öyrənəcəksiniz. İşini sevən və karyeranın, içəridən baxanda necə bir şey olduğunu başa sala biləcək insanlar tapın. Bu həm iş bazarında sizin görünürlüyünüzü artırır.
  • Bəli/Xeyir düşüncə tərzindən uzaq durun. Ən axırıncı dəfə nə vaxt həyəcanlandırıcı bir iş haqqında eşidəndə ona “yox” demək üçün tez bir səbəb tapdınız? VariantLarınızı diqqətlə araşdırın və uğursuzluğun sizi ruhdan salmağına izin verməyin. Nə vaxt ki, məqsədlərinizi zibil qutusuna atmağa meyl etsəniz yaxşı bir dostunuza sizə bu mövzuda qarşı çıxsın.
  • Mesajınızı doğru seçin. İdeal işinizi tapmağa yaxınlaşdığınızı hiss etdiyiniz vaxt nə olduğunuzu , nə iş gördüyünüzü, özünüzü necə təqdim edəcəyiniz haqda qərar verin. Bacarıqlarınızı və know-howlarınızı ixtisar bir hala gətirməyə hazır olun və bir şirkətə necə fayda verəcəyinizdən bəhs edin. Əvvəlcədən işə götürənlərin bazarlıq listində nələrin olduğunu müəyyənləşdirib hekayələrinizi onlara uyğunlaşdırın.
İstifadə edilən qaynaqlar
Guardian Careers
thebalance.com

Leave your thoughts