Doğru İş (II)

Sevidiyin bir işi tap və həyatında bir gün də işləmiş sayılmazsan.  Əgər həyatda nə edəcəyiniz barədə fikirləşirsinizsə bu məsəl qulaqlarınızda cingildəyə bilər. Bu, o deməkdir ki, doğru karyera seçsəniz işə hərgün sevinərək gedəcəksiniz? Minlərlə karyera arasından seçiləcək hansı mövqe sizi heç işləmirmiş kimi hiss etdirəcək? Bu bir az mübaliğəli ola bilər, amma heç olmasa az da olsa hər gün sevdiyiniz işə getmək heç də pis olmaz. Bu da əslində sizin üçün doğru olan işdir. Çünki, hər gün səhər yuxudan oyandığınızda yeni bir qorxu filminə başlamaq sadəcə sizin ömrünüzdən xatırlamaq istəməyəcəyiniz günlər aparacaq.

Bəs doğru olan o işi necə tapmaq olur?

Birinci olaraq, sizə ən uyğun olacaq iş tipini ortaya çıxarma istəyi bu prosesi başlatmış olacaq. Əgər üniversiteti yeni  bitirmisinizsə, ya da hal hazırda işləsəniz belə daha fərqli bir şeylər etmək istəyirsinizsə bu sizin doğru işi axtarmağa başladığınızın işarəsidir. Bir çox mütəxəssis üçün iş çox yorucu ola bilər çünki qazanılan nəticəyə baxanda bacarıq və insanlar baxımından çox vaxt uyğunluq olmur.

Əgər yeni bir iş tapmağa enerji sərf edəcəksəniz, sizi motivasiya edəcək və işə götürən üzərində təsir buraxacaq iş olsun. Məsələ iş tapmaq deyil, doğru işi tapmaqdır- heç olmasa sizi istədiyiniz yerə çatdıracaq bir rol olmasıdır. Bəs hansı işin sizə uyğun olduğuna qərar vermək üçün nələri nəzərə almaq lazımdır. Aşağıdakı suallara cavab verməyə çalışın.

  • Ən axırıncı işinizdən tiksinmənizə səbəb vəzifəniz, şirkətiniz, yoxsa sektorunuz idi?
  • Ən çox nəyi xoşladınız- akademik dərsləri, yoxsa təlimləri?
  • İşləri çox xoşunuza gələn dostlarınız hansılardır?
  • Reklamı qarşınıza çıxan hansı işlər xoşunuza gəldi?
  • İşlədiyiniz işlərdən hansı sizin çox xoşunuza gəlirdi və niyə?
  • Dostlarınızla hansı işlər haqqında danışmaqdan zövq alırsınız?
  • İş yerinizdə xatırladığınız ən yaxşı gün haqqında fikirləşin. O gün ki, hər şey yolunda getmişdi və səmimi bir abı hava olmuşdu. O gün nə iş görürdünüz, nə çox xoşunuza getdi və o gün nə əldə etdiniz, hamısını yazın.
  • Əgər bütün işlərin maaşı eyni olsaydı hansı işi görərdiniz?
  • Əgər bir günlüyünə birilərinin işini sınamaq istəsəydiniz bu kim olardı?

Bu suallar sizin çox dumanlı olan yolunuzu aydınlaşdıracaq və bu yolda ilərləmək imkanı formalaşdıracaqdır.

İstifadə edilən qaynaqlar
Guardian Careers
thebalance.com

Leave your thoughts