İnsan Resursları idarəetməsində ERP-nin istifadəsinin 4 faydası

Tək rəqabət üstünlüyü işçilər, başqa sözlə istedadlardır. İstedadlarınızı qorumaq və onları xoşbəxt etmək prioritetiniz olmalıdır. Bu səbəbdən bir HR meneceri olaraq performans, işə qəbul, vaxt cədvəli, davamiyyət və s. mövzusunda ədaləti təmin etməlisiniz. Bu məqamda isə ERP sizə kömək edəcəkdir. ERP nədir və sizin üçün hansı faydaları var?

İnsan Resursları üçün ERP nədir?

ERP, İnsan Resursları (İR modulları da deyilir) məlumatlarını izləmək, idarə etmək və iş funksiyalarını avtomatlaşdırmağı hədəfləyən bir sıra tətbiqetmələri əhatə edən Enterprise Resource Planning (Müəssisə Resurs Planlaması) deməkdir. Bu İR modulları işçilərlə əlaqəli hər hansı bir məlumatı izləməyinizə, gecikmədən vakansiya göndərməyinizə, işçilərin məlumatlarını qorumağınıza və şübhəsiz qərarlar verməyinizə kömək edir.

Hər hansı bir şöbə və ya hər hansı bir işçi haqqında sürətli və düzgün qərarlar verin. İnsan resursları şöbəsinə ERP tətbiq edərək, fərqli insanlar tərəfindən təhlil edilməsini gözləmədən işçilərinizə dair bütün əsas məlumatları əldə edə biləcəksiniz. İşçilərinizin məxfiliyini qorumaq üçün məhdud sayda menecerə məlumatlara keçiş izni verə bilərsiniz.

Bütün tələbləri qısa müddətdə təsdiqləyin və ya rədd edin. Müəyyən məzuniyyət tələblərini, işçilər tərəfindən tələb edilən xərcləri, iş saatlarını və davamiyyətlərini (xüsusi layihələrə uyğun olaraq da) təsdiq edə və ya rədd edə biləcəksiniz. İstəklər təsdiqləndikdən sonra bütün nəticələr modulun müvafiq hissələrində görünəcəkdir.

Doğru namizədləri işə götürün.

Yeni vakansiyalar üçün iş elanlarını asanlıqla göndərə və bəzi suallar dəsti ilə namizədləri seçə bilərsiniz. Beləliklə yolda vaxt itirməyəcəksiniz və vakansiya üçün ən uyğun namizəd tapacaqsınız.

Mümkün olduqda işçinin qiymətləndirməsini alın. Qiymətləndirmək üçün işçilərin və ya menecerlərin uyğun vaxtını izləmək lazım deyil. Bir qiymətləndirmə prosesi üçün asanlıqla peridlar təyin edə bilərsiniz.

Bütün bu faydalar ilə birgə ən böyük motivasiya mənbələrindən biri olan ədaləti iş yerinizdə təmin etmək üçün insan faktorunu ən aza endirməyi hədəfləyən ERP proqramlarından istifadə etməyiniz məsləhətdir.

Leave your thoughts