İş Yerindəki Narsistlə Necə Yola Getmək Olar.
Karyeranızın hər hansı bir vaxtında birlikdə çalışa biləcəyinizdən heç ümidinizin olmadığı, çox çətin deyə adlandırıla biləcəyiniz o iş yoldaşı və ya müdirə mütləq rast gəlmiş olmalısınız. O şəxs böyük ehtimal narsistik şəxsiyyət pozqunluğu yaşayırmış. Narsistik şəxsiyyəti gerçək olmayacaq ya da şişirilmiş dərəcədə özünü əhəmiyyətli görmək, başqlarının onun haqqındakı fikrini görə bilməmək, və tənqid edilməyə həddindən artıq həssas olan kimi xarakterizə etmək olar. Narsistlər möhtəşəm fantaziyalar və qeyri-real planlarla məşğul olurlar. Onlar zorakılığa meylli olurlar və tez-tez şifahi və duyğusal istismarlara müraciət edirlər. Onlar insanlardan istifadə edib sonra bir kənara atırlar. Narsistlərin şəfqət bacarığı olmur və işçilərini ya da iş əməkdaşlarını sadəcə obyekt və ya alət kimi qiymətləndirirlər. Bununla yanaşı, bu cür insanlar iş yoldaşlarını özlərini təsdiq etmək ya da ona öz işlərinin bir qismini gördürmək və əməkdaşlarının gördüyü işlərdən pay almaq üçün istifadə edirlər. Əgər bir narsistlə ya da bir narsist üçün işləyirsinizsə iş həyatınız cəhənnəmə çevrilib deməkdir.
Xarakterləri
Dikbaş və mən mərkəzli olurlar, xüsusi münasibət və imtiyazlar gözləyirlər. Xüsusi ilə bəzilərinə işləri düşəndə çox xarizmatik, zaraftcıl və səhih olurlar. Tez tez başqalarının xüsusi həyatına müdaxilə edə bilirlər. Başqalarını tənqid edib öz xətalarını görməkdə çətinlik çəkirlər. Bir situasiyanı idarə edə bilmədikləri zaman ya da bütün davranışları gün üzünə çıxanda şiddətə baş vurmaq ya da əsəbləşmək kimi yollara baş vura bilirlər. Başqalarının müvəffəqiyyətsizliyinə çalışır ya da işçiləri bir birinə düşürməyə cəhd edirlər. Bəzi işçilərə qarşı sərt və təhqiramiz olurlar və insanlar içində onu lağa qoya bilirlər. Davamlı olaraq “narsist qidalanma” ya ehtiyac duyduqları üçün asanlıqla yola gətirə biləcəkləri və istədiklərini sorğulamadan asanlıqla etdirə biləcəkləri bir hədəf seçirlər. Onlara xarizmatik və zaraftcıll yaxınlaşaraq öz işlərini gördürməyə çalışırlar. Menecerlərin gözü önündə cazibəli görünür və çox sadəlövh davranırlar.
Davranışları
Sizin gördüyünüz çətin işlərdən pay alırlar.
Sizin haqqınızda xoşa gəlməyən təriflər edirlər.
Başqa işçilərin önündə sizi lağa qoyurlar.
Hər şəydə sizi günahkar çıxarırlar
Zəifliklərinizi bilir və bunu sizin əleyhinizdə istifadə edirlər
Davamlı olaraq sizi qovdurmağa çalışırlar.
İlərləmək üçün yalan söyləyirlər.
İşinizə mane olmağa çalışırlar.
Sizi etik olmayan bir şey etməyə vadar edirlər.
Bacarıqlarınıza görə paxıllıq çəkər və sizi təbrik etməzlər.
Narsist xarakterlərə sahib çalışanlar və ya menecerlər demək olar ki hər ofisdə vardır. Onlarla eyni çevrədə var ola bilmək üçün bir neçə praktik yol mövcuddur.
- Hər şeyi yazın.
Əgər iş yerində şifahi təlimat alıbsınızsa, bu təlimatların sizə email yolu ilə göndərilməsini tələb edin. Ən yaxşı müdafiə narsist olan şəxsin nə dediyini və nə vaxt dediyini qeyd etməkdir. Ən yaxşısı da bunun yazılı halda email olaraq narsistdən gəlməsidir. Siz həmçinin narsistin təlimatlarını bir kənara yazıb sonra onları öz qeydlərinizlə qarşılaşdıra bilərsiniz. Narsist şəxs ilə olan bütün işlərinizi sənədləşdirməyə (mümkün qədər olan hadisənin saat və gününü qeyd edərək, nə olduğu barədə çox dəqiq sitatlar gətirərək) çalışın. Əgər idarəçi və ya bir vəkil ilə məsləhətləşməli olsanız onda hər şey yazılı olaraq əlinizdə hazır olacaqdır.
- Dava etməkdən Uzaq durun.
Narsist şəxslər sizi qovdurmaq ya da aşağı salmaq yolu ilə yıxmaq istəyir. Onlara bu imkanı veməkdən qaçının. Narsistlər insanın zəif tərəfini tapıb ondan mümkün qədər istifadə etməyi bir sənət kimi ifa edirlər. Bu o deməkdir ki bu insanlar digərlərinin həssas olduqları şeylərin fərqinə varmaqda mahirdirlər. Onlar daha sonra bu kozırı sizin əleyhinizdə istifadə edirlər. Tutaq ki, siz uşaqlarınız olduğu barədə narsist olan şəxsə bəhs etdiniz. Bunun mövzumuzla çox əlaqəsi olmasa da narsist bilir ki, sizin həyatdakı ən böyük rolunuzu (ata/ana) sorğulamaq sizi hiddətləndirəcək və kontroldan çıxaracaqdır. Bu məmnuniyyəti onlara verməyin. Ağlınızda olsun ki, bu insan xəstədir və bütün gücünüzlə ondan uzaqlaşın. Əgər bəhs edilən mövzuda bir şey baş verərsə onda vaxtı, günü, saatı, yeri və dəqiq sitatları qeyd edin.
- Başa düşün ki, bu sizə qarşı şəxsi bir şey deyil.
Siz sadəcə narsist olan şəxsin hədəfi omaqla bir bədbəxtlik yaşamışsınız. Narsistlər ümumiyyətlə iş yerinde onlardan daha yaxşı performans göstərən insanlar üzərinə fikrini cəmləşdirir. Narsist ondan “daha yaxşı” olaraq görülən şəxslərdən nifrət edir. Yaddan çıxarmayın ki, narsistin sizə qarşı olan davranışının sizin şəxsinizlə əlaqəsi yoxdur – bu onunla əlaqəlidir, və hiss etdiyi özünə inam əksikliyindən qaynaqlanır. Bəli, doğrudur, narsist özünə inamsızlıq içindədir – tam əksi görünsə də. Narsistin sizə olan hücumunun şəxsi olmadığını bilməyiniz ondan uzaqlaşmaqda sizə kömək edəcəkdir.
- Şəxsi məlumatlarınızı və fikirlərinizi narsistlə paylaşmayın.
Narsist şəxslərin şablon olaraq, “Bu şəxs [çalışan] haqqında nə fikirləşirsiniz?” deyə verdiyi sual artıq çox məşhurdur. Bu tələyə düşməyin. Əgər buna cavab versəniz o bunu sizin əleyhinizə çevirərək həmin şəxsə xəbər verəcək. Əgər siz desəniz ki “Məncə,Leyla çox yaxşı iş yoldaşıdır”, narsist bunu dəyişdirərək Leylaya onun çox yaxşı olduğunu fikirləşdiyinizi, ancaq daha çox inkişaf etməli olduğunu dediyinizi əlavə edər. Narsist həssas bir vampir kimidir, insanların nə vaxt pis vəziyyətdə olduqlarını hiss edəbilir. Əgər boşanmaq kimi şəxsi bir məlumatı onunla paylaşsanız onun başının üstündə narsistik bir lampanın yandığını üzünə baxsanız hiss edə bilərsiniz. Bəs ən yaxşı müdafiə nədir? Mövzunu dəyişdirin. Uzaqlaşın. Hər yola başvurun ama məlumatlarınızı paylaşmayın.
Əgər sizin narsist iş yoldaşınız sizinlə gizli olaraq görüşmək istəsə özünüz ilə bir şahid gətirin. Şahidin olması, narsistin eləmək ya da demək istədiklərini bir daha gözdən keçirməsinə səbəb olacaqdır. Şahidin olması həm də həmin şəxsin sizin haqqınızda uyduracağı yalanların önünü kəsəcəkdir.
- Əlaqə qurmaqdan qaçının.
Bu çox təsirli bir addımdır, amma ən çətinidir. Narsistin oyunlarına daxil olmamaq üçün ən yaxşı yol onunla əlaqədə olmağı rədd etməkdir. Olabilər yaxınınızda otursunlar. Əgər hər halda əlaqə qurma məcburiyyətində olsanız bilinən faktlar haqqında danışın. Bunu nə üçün etməli olduğunuzu 4-cü bəndi bir daha gözdən keçirsəniz başa düşərsiniz. Əgər onun yaxınında olmağınız sizə təsir edirsə yerinizin ya da olduğunuz binanın dəyişdirilməsini tələb edin.
- Hüquqi haqqlarınızdan xəbərdar olun.
Narsist şəxslər qeyri qanuni heç nə etməməyə çox diqqət edirlər və nə etdiklərini çox yaxşı bilirlər. Amma davamlı hüquqi və qeyri hüquqiliyin sərhəddində gəzdikləri üçün bəzən bunu pozurlar. Belə vaxtlarda haqlarınızın nə olduğunu bilməyiniz sizə çox kömək edəcəkdir.
İstifadə Olunan Qaynaqlar:
- https://www.psychologytoday.com/basics/career).
- https://www.psychologytoday.com/blog/wired-success/201705/how-deal-narcissists-in-the-workplace
- https://www.huffingtonpost.com/2015/08/14/signs-of-narcissism_n_4696772.html
- https://thenarcissisticlife.com/the-narcissist-in-the-workplace-tips-for-working-with-a-narcissist/