CV-niz var amma Yox kimidir

Bir vakansiya görülən kimi silahlardan CV mərmiləri sürətlə hədəfə göndərilir, amma o ani həyəcanın səbəb olduğu səs küy, yerini səssizliyə buraxır-cavab yoxdur.

Tanış gəlir elə deyil?

Niyə insanlar tərcümey-i hallarını bu qədər əl üstündə tuturlar?

İnsanların CV-lərini hazırlamağa bu qədər vaxt və pul xərcləmələrinin ən təməl səbəbi A4 formatındakı bu kağızların iş axtarma prosesinin tək kontrol edə bildikləri tərəfi olmasıdır.

Əslində reallıq budur ki, sadəcə CV göndərərək işə qəbul çox nadir hallarda baş verir. CV və tərcümey-i halların əsas məqsədi müsahibə şansı əldə etməkdir. Müsahibələrdə, yaddan çıxarmayın ki, işə götürülmə qərarlarının 40 %-i şəxsi xarakterə görə verilir. Müsahibə haqqını əldə etdikdən sonra əlinizdə olan vəsaiti satmaq məcburiyyətindəsiniz.

Bəs məğlub edilməz bir CV necə olur?

Açıq

İş axtaran insanların gözdən qaçırdığı əsas nöqtə CV-lərinin asan oxunub başa düşülməsi ilə əlaqəlidir. Bir İR mütəxəssisinin CV-nizi ilk dəfə oxuyanda ağlında sizinlə əlaqəli necə bir fikir formalaşır? Bunu diqqətə alaraq CV-lərinizi sadə  bir şəkildə hazırlayın. Tərcümey-i hal iki səhifədən çox olmamalıdır. Ortalama olaraq bir CV 10 saniyə müddətində gözdən keçirilir. Orta məktəb son sinif tələbəsinin oxuyub başa düşə biləcəyi səviyədə olduğuna diqqət edin. Yəni CV-nizi nəzərdən keçirən şəxs sizin hansı şirkətdə nə iş gördüyünüzü asanlıqla başa düşsün. Şirkəti tanımağınız və yaxud da ki, şirkətin IBM, Boeing Corp, ya da Ford Motor Co kimi tanınmış olması hər kəsin sizin çalışdığınız xüsusi departmentdən xəbəri olduğuna dəlil deyil.

Sadə

Parlaq tərtibat, font və digər xüsusi efektlərdən uzaq durun. Times New Roman ənənəvi yazısı ilə, 9 dan 12 yə qədər böyüklükdə olan ağ kağız üzərində qara hərflərlə yazılmış ənənəvi formata sadiq qala bilərsiz. Adınız və çalışdığınız şirkətlər və vəzifələriniz üçün fərqli fontlardan istifadə edə bilərsiniz. Tutarlı olmağa çalışın. Boldface, italicunderline vasitələrini mümkün qədər az işlədin. Bir çox kompüterdə açılabiləcək bir Word formatında hazırlayın. Cədvəl və ya şablonlarla deyil.

 

İlk Səhifəsi Diqqət Çəkir

O qədər tərcümey-i hal içindən fərq edilmək üçün göndərdiyiniz CV-in ilk səhifəsinə fərqli bir diqqət göstərməyiniz lazımdır. Bu səbəblə CV’nizi yeniləyərkən haqqınızdakı ən vacib və həyati bilgilərin ilk səhifədə olduğundan əmin olun. Əgər belə deyilsə CV-nizi yenidən düzəltməlisiniz.

Tərs xronolojik ardıcıllıqdan istifadə edin. Ən axırıncı işinizi ən birinci sıraya ən birinici işinizi isə ən sonda yazın. Çalışdığınız ya da çalışmış olduğunuz şirkətin tam adını və nə iş gördüyünü, nə qədər vaxt orada işlədiyinizi ay və il olaraq qeyd edin. Daha sonra isə vəzifələrinizi və nailiyyətlərinizi sıralayın. Tam cümlə qurmağınıza ehtiyac da yoxdur. Cümlələri tamamlamağa çox can atmayın. “Şirkətin vergi raportlama, finans, fakturalandırma, satın almasını İdarə” kimi nisbətən qısa cümlələrdən istifadə edin.

Süni Olmur

Hədəflərim və qısa məzmun kimi süni şeylərdən yaxanızı qurtarın. Bunlar işi daha da pisləşdirir. İşə götürən sizin hədəfinizlə maraqlanmır. O öz hədəfi ilə maraqlanır. “Evli, üç uşaq sahibi” kimi şəxsi məlumatlara heç ehtiyac yoxdur. Sizə normal gəlir amma səyahət edən birilərini axtaran işə götürən bunu görsə sizi müsahibəyə belə çağırmaya bilər.

Maraqlı

Hekayələr satışı artırır. Rəqəmlər, statistikalar, faizlər bold olaraq yazılsa diqqət çəkir; “28% kar artımı”. “Bütçədən 30% daha az istifadə”. Əgər toyuq damında anadan olmusunuzsa bunu CV-də qeyd edin. Qeyri-səlis  sözlərdən və ibarələrdən qaçınılmalıdır. Bunlara müştəri yönümlü, əla ünsiyyət bacarıqları və yaradıcılıq kimi süniliklər daxildir. Bu sözlərdə məna əksikliyi vardır və sizin müsahibəyə çağırılmağınızda heç bir rolu olmur. Müştəri xidməti, dispetçer, menecer, müsahib kimi mövqelərə xitab edən sözlərdən istifadə edin. Resumelərinizdən şəkilləri çıxarın. İş axtarırsınız “eş” deyil.

Bütün bu məsləhətlərdən istifadə etsəniz CV-niz görünməz olmaqdan çıxıb görünən olacaqdır.

İstifadə Edilən Qaynaqlar:

https://www.forbes.com/sites/kerryhannon/2011/08/24/want-an-unbeatable-resume-read-these-tips-from-a-top-recruiter/#7683c1952fa2

www.kariyer.net/ik-blog/

Leave your thoughts