İş Yerində Arzu Edilməyən Flörtləşməyə Menecerlərinizin Reaksiya Verməsinə Kömək Edin

İş yerində flörtləşmək (işini bəhanə edərək -heç lazım olmasa belə- hər fürsətdə qarşıdakı şəxslə təmas qurmaq, göz gözə gəlmək, zarafatlaşmaq, toxunmağa çalışmaq prosesi) əyləncəli  və qürur oxşayıcı ola bilər, və işçilərin bəzisi də ətrafında flört edən bir iş yoldaşının olmasından həzz ala bilər. Müxtəlif nəsillərə, fərqli mədəniyyət mənşələrinə və ayrı şəxsi stillərə sahib insanların yan yana çalışması onlar arasında olan əlaqənin flörtləşmə yoxsa şəxsi və ənənəvi bir tərz olub olmadığını müəyyənləşdirməyi çətinləşdirir. Bir insanın flörtləşmə deyə adlandırdığını bir başqası dostluq üzərinə qurulmuş şəxsi alış veriş olduğunu iddia edə bilər. Hətta lüğətdə belə mədəniyyət və şəxsiyyət fərqliliklərindən ötürü flörtləşməni müəyyənləşdirməyin çox çətin olduğu sözün tərifinə daxil edilir

İş yerlərində baş tutma ehtimalı olan flörtləşmə üzərinə qurulmuş əlaqələri tamami ilə qadağan etmək çox ağıllı bir hərəkət olmaz. Bir çox araşdırma, 2013 Career-Builder daxil olmaqla, ortaya çıxarıb ki, çalışanların 40%-i iş yoldaşları ilə romantik əlaqədə olduğunu bildirib, bunların 29%-i isə evlənmə ilə nəticələnib.

Bəzən isə, iş yoldaşının flörtləşməsi qarşıdakı şəxsi rahatsız edə bilər və yaxud da iş yeri havasını poza bilər. Belə bir vəziyyətin insan resursalarının diqqət cəlb etməsi ilə mövzüya ölçülü və planlı bir tərzdə yaxınlaşmağın önəmi ortaya çıxmışdır.

Menecer ilə flört

Əgər üçüncü bir şəxs iki yetişkin işyoldaşı haqqında bəhs edilən mövzüda narahatçılığını bildirsə ən yaxşı hərəkət bu şəxsə iş yoldaşlarının şəxsi işinə qarışmamağı tövsüyə etməkdir. Amma bu flörtün tərəflərinin digər işçiləri rahatsız etməycək dərəcədə olması arzu ediləndir. Buna baxmayaraq gələcəyi olmayan flörtləşmələr şirkət və çalışanlar üçün, flört edən tərəflər də daxil olmaqla, zərərdən başqa heç nə ortaya çıxarmır.

Lakin, əgər bu flört işçi və menecer arasında baş verirsə bir İR menecerinin öhdəliyinə düşən bu situasiyanı dərinləməsinə araşdırmaqdır. Üst idarəçilər ilə çalışanlar arasında şəxsi əlaqələrə olan baxışın şirkətə zərər vermə ehtimalı çox böyükdür. Arada bir flörtləşmənin heç kimə zərər vermədiyi düşünülsə də əgər bu əlaqə çalışan və onun iş verəni arasında olarsa bu vəziyyət müdaxilə tələb edə bilər. Əgər bir çalışanın meneceri ilə flört cəhdləri fərq edilsə onda İR meneceri ilə bu vəziyyət haqqında fikir alış verişi etməyiniz situasiyanın kontrolunu daha da asanlaşdırar.

Arzu edilməyən Flörtlərə qarşı Menecerlərin verə biləcəyi 6 Reaksiya

Əgər menecer də flört üzərinə qurulmağa çalışılan əlaqədən rahatsızdırsa onda bu vəziyyəti ortadan qaldırmağın texniqaları bunlardır.

Baş başa (yalnız) Qalmaqdan Uzaq Durun:

Menecer çalışanı görməməzlikdən gəlməməlidir və həmin çalışanı fürsətlərdən məhrum etməməyə diqqət etməlidir.  Buna baxmayaraq, menecerin çalışan ilə baş başa qalmağına səbəb ola biləcək vaxtlar çox nadirdir. Menecer və çalışan arasında olan dialoqlar davam edə bilər amma sadəcə ictimai yerlərdə telefon, qrup epoçt və qrup mesajlaşma vasitəsi ilə olmaq şərti ilə. Bu çalışanları ilə birə bir əlaqə qurma məcburiyyətində olan menecerlər üçün çox çətin ola bilər. İdarəçi şəxsi görüşmələrə davam edə bilər amma bu görüşmələr da bir neçə nəfərin gözü önündə olmalıdır.

Əgər söhbət xüsusi bir otaqda olacaqsa onda qapı açıq qalmalı və daha da yaxşısı iki tərəf arasında bir məsafə və yaxud da ki stul ya da yazı masası kimi əşyalar olmalıdır.

İş Saatlarına Uyğun Hərəkət Edin:

Çox işyeri dəyişən iş saatları qaydasını mənimsəsə də flört etməyə çalışan işçiyə səhv mesaj verməkdən qaçınan menecerin bir çox əlaqə və görüşmələri sadəcə iş saatları içərisində gerçəkləşdirməsi onun üçün sərfəli olar. Bu o deməkdir ki, flörtləşən çalışanın axşam saat 11 və yaxud da ki səhər saat 7-də atdığı mesajlara təciliyyəti yoxdursa cavab verilməməlidir. Bu, bəhsi gedən əlaqənin sadəcə iş saatlarına aid olub bunun xaricinə çıxmadığı perspektivini qorumağa kömək edir.

Söhbətin Mövzü Mərkəzini Dəyişdirin:

Bəzən çalışanların menecerlərə qarşı olan səmimi əlaqəsi onların qürurunu oxşayır və həmin işçilərlə zarafat etməyə başlayır, bu da menecerin onlara qarşı olan şəxsi meylinə tərcümə edilə bilər. Öz gənclik və keçmiş həyatı barədə danışmaq ya da çalışanın həftə sonu məcarələrinə qulaq asmaq səhv mesaj ortaya çıxarır. Çalışanın şəxsi həyatına göstərilən maraq müsbət bir şey ola bilər amma əgər qarşı tərəfə qarışıq mesajlar verirsə bu o deməkdir ki, söhbətin mövzusunu gözdən keçirməyin vaxtıdır. Əgər iş barədə danışılmırsa onda menecerə tövsüyə olunur ki,  söhbətin mövzusunu şəxsilikdən uzaqlaşdırıb  sənayedəki trendlər, ümumi biznes, hətta çevrə və hava kimi daha tərəfsiz sahələrə yönləndirsin. Hətta menecer ailəsi ilə olan planlarından da tez tez bəhs etməlidir. Lakin, menecer ya da idarəçiyə xatırladın ki, öz şəxsi həyatı ilə əlaqəli olan problemlərdən çalışanına danışmasın və ondan da bu barədə soruşmasın.

Söhbətə Daha Çox Adam Daxil edin:

Üçüncü tərəfin əlavə edilməsinin situasiyanın dinamikasına uyğun olub olmadığnı müəyyənləşdirin. Bu üçüncü şəxs başqa bir işçi, intern, köməkçi, bir mentor və sair ola bilər. Əgər işçi nəzarətçi və ya menecerin girişini tələb edən bir layihə üzərində işləyirsə, davam edən söhbətlərin bir hissəsi olmaq üçün layihəyə kimin gətirilə biləcəyini müəyyənləşdirin. Dinamikanı dəyişdirmək uyğun olmayan davranışlara yol verəbiləcək vəziyyətləri ortadan qaldırır.

 Uyğun Olmayan Davranışları Başqa Tərəfə Yönləndirin:

Menecer çalışanın uyğun olmayan dialoq və ya suallar kimi flört olaraq tərcümə edilə biləcək davranışlarına məruz qaldıqda, bu vəziyyəti yenidən tərəfsiz və iş ilə əlaqəli mövzulara yönləndirməlidir. ‘İşimizə vaxt ayıraq yerinə yetiriləcək çox öhdəliklərimiz var’ deməklə söhbətin mövzusunu dəyişdirə bilərsiniz. Əgər flört edən çalışan menecerə toxunmağa başlasa o dərhal çalışandan uzaqlaşmalı və toxunmağın onun üçün arzu edilməyən bir hərəkət olduğu mesajını verməlidir.

İstifadə edilən Qaynaq: https://hrinsider.ca/

Leave your thoughts