Uğurlu işçiləri itirməyin 4 səbəbi

Uğurlu işçiləri itirməyin 4 səbəbi

Bir iş yerində uzun müddət işləməkmi, yoxsa müəyyən müddətdə fərqli şirkətlərdə, müxtəlif təcrübələr əldə etməkmi daha vacibdir? Bu sual iş dünyasında mübahisəli mövzu olaraq qalsa da, şirkətlər ən yaxşı işçilərinin fərqli şirkətlər tərəfindən cəlb edilməsinin qarşısını ala bilmirlər. Yaxşı, bəs niyə uğurlu işçilər şirkətlərini tərk edirlər? “HR Cube Human Capital Consulting”in Qurucu Tərəfdaşı Aslı Özdemir yazımızda izah edir …

İş dünyası var gücü ilə rəqabət içindədir. Həmişə bildiririk ki, bu rəqabətdə üstünlüyü təmin edən ən vacib amillərdən biri şirkətlərin işçiləridir. Bunun əhəmiyyətini başa düşən, siyasətini insan qaynaqları üzərində qurmuş çox millətli şirkətlərdə belə, ən məhsuldar, hətta ən həvəsli işçilərin əlində bir istefa ərizəsi ilə müraciət etməsi yenə də an məsələsidir. 9 qutulu performans potensialı matrisində, yuxarı sağ küncdəki “Hypo”nuz çaşqın baxışınız arasından çıxıb gedə bilər.

Yaxşı bəs niyə?

  1. İdarəçi təsiri.

Yazıçı Piter Drukerin “Mədəniyyət, strategiyanı qəlyanaltında yeyər” ifadəsini tez-tez eşitdiyinizi bilirəm. Yaxşı, sizin diqqətlə bəzəyib, formalaşdırıb, qoruyub, yaratdığınızı sandığınız şirkət mədəniyyətinizi, müdiriniz ön plana almamış ola bilərmi? “İşçilər, şirkətləri deyil, idarəçilərini tərk edərlər” ifadəsi artıq müasir dövrdə olduqca qəbul edilən bir ifadədir. Çünki hər bir işçinin bu barədə deyəcəyi çox şey var.

2. Karyera idarəetmə proseslərinin uğursuzluğu

Müvəffəqiyyətli işçilərin dəyər yaratmaqdan bəslənən və inkişaf yönümlü fərdlər olduğu şübhəsizdir. Buna görə hər zaman eyni işi görməkdən bezmələri normaldır. Ümumiyyətlə, bu profilli işçilər – karyeralarında irəliləmək, fərqli sahələrdə işləmək və yeni uğur hekayələrini yaşamaq istəyirlər. Qısa müddətdə təsirli nəticələr verən bu işçilər kompüter oyununda olduğu kimi növbəti səviyyəyə keçmək üçün səbirsiz olurlar. Ekran dəyişib, “Oyun yüklənir” xəbərdarlığı ilə üz-üzə dayanıb, heç cürə sonrakı səviyyəyə keçə bilmədikdə də yeni bir oyun axtarışına başlayırlar. “Sənin müvəffəqiyyətlərini təqdir edirik, sənə təqdim edə biləcəyimiz yeni bir mövqe hələ yoxdur; amma səni kadr ehtiyatına aldıq” demək, kompüter ekranındakı ismarıcdan fərqli olmaya bilər. Qısaca desək; bu qabiliyyətlərin karyeranımı, yoxsa baryerlərinimi idarəetməli yenidən bir qiymətləndirmə aparmaqda fayda var.

3. Standartlardan kənara çıxmaqda bitərəf qalmaq

Uğurlu işçilərin illərlə eyni şirkətdə qalmaları istənilirsə, saatlarla eyni kresloda oturmaları gözlənilməməlidir. İstedadlı işçilər, əldə etdiyi nəticələrlə qiymətləndirilməsini istəyirlər. Gəliş / gediş vaxtları, iş görmə tərzi, geyimləri və verdiyi fasilələrlə maraqlanılacaqsa KPI-lərin (Key Performance Indicator – Əsas Fəaliyyət Göstəricisi) də bir əhəmiyyəti qalmır. Bəzən bir işçinin 2 saat işləməsi, bir başqa işçinin 8 saat işindən daha təsirli nəticələr verə biləcəyini unutmamaq lazımdır.

4. Kifayət qədər təqdir edilməməsi

Məmnuniyyət uğurlu işçilərin dəyər yaratmaqdan bəslənmələrinin səbəbidir. Bu cür insanlar, yaratdıqları dəyər görülüb, təqdir edildikdə məmnun olan sinifdəndir və işin ən gözəl tərəfi təqdir olunmalarıdır. İnsan Qaynaqları (İK) büdcənizə, ya da əlaqədar vahid büdcəsində xərc meydana gətirməyən xərcsiz bir vasitədir. Ümumi iclasda xoş bir gülümsəmə ilə “Çox kritik bir layihə idi, çox yaxşı işlədin!” cümləsinin yerini heç bir şey əvəz edə bilməz. İstedad mübarizəsinin olduğu bir dövrdə, hal-hazırda təşkilatda dəyər yaradan qabiliyyətləri əldə saxlamağın səbəbi, mövcud qurumun gözləntilərə cavab verə bilməməsidir. SHRM (Sosial Xidmətlər və Reabilitasiya Mərkəzi) tərəfindən aparılan bir araşdırmaya görə, bir işçinizi itirdiyiniz zaman, yerini başqa işçinin əvəz etməsi üçün yeni insanın təlimatlandırılması və öyrədilməsinin təlim xərci 6 aydan 9 aya qədər bu rolun maaşına bərabərdir. Xüsusilə bu şəxs sizin uğurlu işçilərinizdən biridirsə, şirkətə xərci 2 illik maaşına qədər çıxa bilər. Buradan aydın olur ki, işçilərin niyə çıxmaq istədiklərini müəyyənləşdirmək və vaxtında lazımi tədbirlər görmək fikirləşdiyimizdən daha qiymətlidir.

 

Referans: https://www.kariyer.net/ik-blog/calisanlar-icin-2019un-en-iyi-verimlilik-uygulamalari/

Leave your thoughts