Təqdir etməyin 7 yolu

İş yerində motivasiyanı artıraraq performansa müsbət təsir edən faktorlardan biri bəlkə də birincisi işçinin supervayzerləri tərəfindən təqdir edilməsidir. Təqdir etmək deyəndə ağla gəldiyi kimi görülən işin fərq edilməsi və sözlü olaraq təqdir edilməsi nəzərdə tutulmur. Ya da iki performansı dəyərləndirəndə ikisindən daha aşağı olanı təqdir edib digərini təqdir etməmək isə heç deyil. Təqdir etmək yüksək liderlik və ədalət bacarığı tələb edən bir işdir.

 

Təqdir edərkən bu 7 effektiv metdoddan istifadə etmək sizə kömək edəcəkdir.

  1. Görülən işi ucaldın. Bu bir iş görüləndə işçiyə sadəcə “əla” demək deyil. Görülən işi bütün detalları ilə incələmək və işçinin o sahələrdə olan üstün bacarığını təqdir etməkdir.
  2. Təşəkkür edin. İş yerindəki müsbət havanı qorumaq istəyirsinizsə ümumiyyətlə “zəhmət olmasa” kimi incə dildən istifadə etməlisiniz. Görülən ən sadə işlərdə belə təşəkkür etməyi unutmayın.
  3. Əməkdaşlarınızla daha çox maraqlanın. Onların hobbiləri, sevdiyi yeməklər ya da ailəsi haqqında məlumat sahibi olmalısınız. Bu onlara daha da yaxın hiss etməyinizə səbəb olacaqdır. Onlara daha yaxın olmaq isə daima gördükləri işlərin təqdir edildiyini hiss etdirəcəkdir.
  4. Fleksibl saatlar təqdim edin: Ümumiyyətlə növbəli işlərdə menecerlər işçiləri saatlara görə təyin edir. İşçilərin saatlarını öz aralarında seçib tənizmləməsi onlara daha çox dəyər verildiyini hiss etdirəcəkdir.
  5. Şəxsi hədiyyələr təqdim edin. Bunun üçün əməkdaşlarınızın maraqlarını bilməli onlara görə çox tez tez olmamaq şərti ilə hədiyyələr alaraq sürpriz edə bilərsiniz. Bu görülən işin təqdir edildiyini sübut edir.
  6. Mali mükafatlar müəyyən edin. İl sonu bonusları, yarım il mükafatları və hədiyyə çekləri “təşəkkür etməyin” digər variantıdır.
  7. Yemək sifariş edin. Səbəb olsun ya da olmasın komanda üçün, ya da bir işçi üçün sifariş edilən yeməklər işçilərlə sizi yaxınlaşdırır. Bunun xaricində bir və ya bir neçə əməkdaş ilə ad günü ya da başqa bir tədbirdə iştirak edə bilərsiniz.

 

Əgər şirkətlər hər həftə işçiləri işlərinə görə təqdir etsə bu görülən işlərin keyfiyyətində 27 faiz artışa gətirib çıxaracaqdır. Təqdir edilmək ən böyük motivasiya mənbələrindən biri olduğu kimi təqdir edilməmək də ən böyük demotivasiya səbəbidir. Bütün bunlarla birlikdə təqdir edərkən işçilər arasındakı ədaləti qorumağa diqqət etmək lazımdır. Bir işdə çox yaxşı olan bir işçiniz olduğu halda həmin işə görə başqa bir işçinin bu mövzuda ən yaxşı olduğunu iddia etməyin. Buna yol verməmək üçün isə işçilərinizi çox yaxşı tanımalısınız.

Leave your thoughts