Karyera koçu kimdir ? Karyera koçluğu hansı işə xidmət edir?

Iş axtarma ərəfəsi namizəddə gərginlik yaradan,maddi və mənəvi olaraq ciddi sıxıntıya salan 1 zaman dilimidir.İş axtarışında olmasanız,razı qaldığınız bir işə sahib olsanız  belə heç bir zaman hər şey  tam istədiyiniz kimi olmur.Mütləq çətin ünsiyyət qurduğunuz bir rəhbəriniz,gerçəkləşdirilməsi çətin olan hər hansı bir performanz  hədəfləriniz və irəliləməyiniz çox da mümkün görünməyən karyera pillələriniz mövcuddur.

İş axtarışındasınız  və İnsan Qaynaqları sahəsində təcrübəli bir koçunuz varsa,o sizin işə alan tərəf kimi düşünmənizi  ,özünüzü masanın digər tərəfində görməyinizi təmin edəcəkdir.

Karyera yoluna qədəm qoymamısınızsa,universitet illərini  gələcəyiniz üçün maksimum dərəcədə faydalı etməyinizə yardım göstərəcək.

İxtisas seçimində və ya ixtisas dəyişimi ilə bağlı bütün suallarınızı cavablamağa sizə dəstək olacaqdır.

Koç sizin üçün CV hazırlamaz ancaq özünüzü daha yaxşı ifadə etmənin yollarını tapmaqda sizə köməklik göstərəcəkdir.Koç sizin əvəzinizə müsahibəyə gedərək  işə götürən tərəfdə haqqınızda müsbət rəy yaratmaz ancaq potensialınızı doğru yerdə və doğru zamanda doğru şəkildə nümayiş etdirməyinizə dəstək olacaqdır.Koç sizin gələcəklə bağlı xəyal və istəklərinizin netləşməsinə yardım edəcəkdir,xəyallarınızın hədəfə çevrilməsi mövzusunda sizi dəstəkləyəcəkdir.habits-for-wellbeing-career-coaching

Karyera  koçunuz:

  • Güclü yönlərinizi və inkişaf etdirilməli olan yönlərinizi bilməyinizə,
  • Güclü yönlərinizi daha da parlatmanız, digər yönlərinizi də gücləndirməniz üçün dərhal yola çıxmanıza,
  • Həyat amalınıza uygun bir ixtisas seçərək hər sabah daha sevincli oyanmağınıza,
  • Şəxsi özəlliklərinizi bütün aşkarlıqları ilə  görməyinizə  ayna  tutaraq çətinlik çəkəcəyiniz ixtisaslar,peşələr mövzusunda təmkinli olmağınıza;
  • Şəxsi keyfiyyətlərinizi kəşf edərək özünüzə uyğun karyera yolu cızmağınıza;
  • Eyni səhvi təkrarlamamaq üçün nəyi daha fərqli etmək gərəkdiyini öyrənməyinizə,
  • Qərar vermə bacarığınızın inkişafına,
  • İş yerində reqabət avantajı qazanmaq üçün etməniz  gərəkənləri netləşdirmənizə,
  • İş-yaşam tarazlığını qurmağınıza,
  • Liderlik bacarıqlarınızın inkişafına,
  • Performansınızı artırmanız üçün ehtiyacınız olan dəyişikliyi həyatınıza adaptə etmənizə kömək edəcəkdir.

Mənbə: https://selinyetimoglu.com/2015/07/20/kariyer-kocu-kimdir-kariyer-koclugu-ne-ise-yarar/

Leave your thoughts