İşçilərin məhsuldarlığına təsir edən əsas faktorlar

İstər xidmət göstərən, istərsə də məhsul istehsal edən şirkətərdə olsun, istehsalın ən əhəmiyyətli faktoru olan “insan”  ən dəyərli resursdur. Müasir dövrdə şirkətlərin ən başlıca məqsədləri, rəqabət üstünlüyü əldə etmək üçün bazardakı digər şirkətlərdən daha keyfiyyətli məhsul istehsal etmək ve ya xidmət göstərmək, texnologiya baxımından sektorda lider mövqeni qazanmaq, xərcləri azaldaraq israfın qabağını kəsmək, satış həcmini və mənfəətliliyi artırmaq, işçilərin motivasiyalarını yüksəltmək və şirkətin imicini gücləndirməkdir. Sadalanan bütün bu məqsədlərin həyata keçirilə bilməsi üçün iş gücünün səmərəliliyinin artırılması vacibdir. Çünki, korporativ məqsədlər insanların cəhdləri ilə əldə edilə bilər. Bir şirkət ən yüksək texnologiyalara sahib ola bilər, maddi olaraq bütün ehtiyaclarını qarşılaya  biləcəyi kapitala da sahib  ola bələr, ancaq bunlar kifayət deyildir. Bu resursları ən səmərəli şəkildə idarə emtək üçün “insan resursu”- na ehtiyac vardır. Halhazırda əmək qüvvəsinə  əhəmiyyət verən, təlimlərlə onları yetişdirən şirkətlər inanılmaz bir performans ortaya qoyaraq rəqabət üstünlüyü əldə etməkdədirlər.Çünki, gücünü işçilərin işə olan sədaqətindən, onların zəkasından alan və beləliklə özünəxas bir şirkət mədəniyyəti formalaşdıran firmaların müvəffəqiyyətini eynilə təqlid etmək olduqca çətindir.

İşçilərin məhsuldarlığına təsir edən əsas faktorlar.

  1. İqtisadi faktorlar.
  2. Fiziki faktorlar
  3. Psixo-sosial faktorlar.

 

  1. İqtisadi faktorlar

 

Maaş artımı. İqtisadi olaraq ən geniş yayılmış təşviqedici metodlardan birisi maaş artımıdır. Maaş artımının digər təşviqedici metodlara görə daha təsirli olduğunu ölçmək məqsədiylə Fransada 1969-cu ildə həyata keçirilən araşdırmada  maraqlı nəticələr əldə edilmişdir. Bu araşdırmada işçilərə verilən sual bu idi: “Əgər işə götürən tərəfindən, maaşların artımı, həftəlik iş müddətinin  azaldılması və illik icazə müddətinin artırılması  şəklində sizə 3 təklif verilsəydi, hansı təklifi seçərdiniz? Bu anket sualına verilən cavablar qiymətləndirildiyində işçilərin üçdə ikisinə yaxını maaş artımını seçmişdilər.

Bonuslu maaş. İşçilərin aldıqları sabit maaşlardan əlavə, daha çox və məhsuldar işləməyə təşviq etmək məqsədiylə bəzən əlavə premiyalar verilir. Bu bonus sistemi bir çox şirkət tərəfindən mənimsənilmişdir. Bonus sistemini işçilərin daha çox işləməyinə səbəb olsa da, bəzən keyfiyyətin aşağı düşməsinə, iş qəzalarının artmasına, işçilərin daha çox fiziki olaraq yorulmalarına səbəb olduğu da bir reallıqdır.

 

  1. Fiziki Faktorlar.

Fiziki faktorlar işçilərin iş mühiti  ilə bağlı faktorlardır. Yəni, işçilərin sağlamlıq və iş təhlükəsiziliyi baxımından münasib və rahat bir iş mühiti ilə təmin olunduqları nisbətdə məhsuldarlıqları da artacaqdır. Əks halda isə azalma müşahidə olunacaqdır. İş mühitinin yaxşılaşdırılması tədbirlərinə, iş yerinin düzgün işıqlandırılması, isitmə və soyutma sistemlerinin müntəzəm idarə olunması, müəyyən aralıqlarla havalandırılması aid edilə bilər.

  1. Psixo-sosial faktorlar.

Bu əsrin insanı, onunla insan kimi rəftar edilməsini, bir şəxsiyyət kimi hörmət göstərilməsini, fikirlərinə, inanclarına qarşı sayğı ilə yanaşılmasını tələb edən, sevdiyi və mənimsədiyi işi etməyi xoşlayan, bu istiqamətdə irəliləmək istəyən insandır.

Artıq rəqabət üstünlüyü əldə etməyin yolu, bu xüsusiyyətlərə malik kreativ və özünü sübut etmək istəyən insanların həvəsləndirilməsi və şirkətə sadiq hala gətirilməsindən keçir. Bu həqiqəti kəşf edən və dəstəkləyən şirkətlər, gələcəyin uğurlu şirkətləri olacaq, digərləri isə məhvedici rəqabətin bu prioritet tələbini yetinə yetirmədikləri üçün tədricən yox olub getməyə məcbur olacaqlar.

“Warren Bennis”-ə görə gələcək illərdə şirkət rəhbərlərinin qarşısındakı ən böyük problem beyin gücünü ortaya çıxarmaq olacaq. Şirkətlər sürətli şəkildə dəyişikliklərlə qarşılaşacaq, intellektual sərmayəni anlamaq və formalaşdırmaq üçün yeni metodlar ortaya qoyulacaq.

Fərdlər tətbiq olunan iqtisadi sistemin xidmətində deyil, iqtisadi sistem fərdlərin xidmətində olmalıdır. Bu səbəbdən iş yerində işçiləri maraqlandıran iki əsas məsələyə lazımı diqqət verilməlidir. Birinci işçiləri göstərdikləri səylərə uyğun maddi olaraq məmnunluğunu artırmaq, ikinci isə gördükləri işləri psixoloji mənada mükafatlandırmaq. Bu günə qədər daha çox birinci məsələnin həllində əhəmiyyətli inkişaflar baş verdiyi halda, yavaş-yavaş ikinci məsələnin də vacibliyi dərk edilməyə başlanmışdır. Əgər psixoloji olaraq işçilər mükafatlandırılmazsa, mütləq uğur əldə edilə bilməz.

 

İşçilərin məhsuldarlığına təsir edən Psixo-sosial faktorların ən əsası aşağıdakılardır.

  1. Ünsiyyət

Ünsiyyət duyğu, düşüncə və məlumatların müxtəlif yollarla başqalarına köçürülməsidir. Ünsiyyət nə hiss etdiyimizi, nə demək istədiyimizi qarşımızdakına açıq bir şəkildə söyləmə, qarşımızdakının nə söylədiyini dinləmə, qavrama və anlama sənətidir. Başqa  sözlə desək, ünsiyyət iki insan arasında münasibət yaradan psixoictimai bir prosesdir.

Şirkətin hədəflərinə çatmasında, məhsuldarlığın artdırılmasında zəruri ehtiyaclardan biri güclü ünsiyyət sisteminin qurulmasıdır. Araşdırmaların bir çoxunda idarəçilərin vaxtlarının böyük bir hissəsini gündəlik ünsiyyət üçün ayırdıqları müəyyən edilmişdir.

 

  1. Orientasiya

Texnologiyanın sürətli şəkildə inkişafı, şirkətlərin getdikcə kompleks hala çevrilməsi şirkətlərin uğur əldə etmələrində təlim və inkişaf proqramlarının, xüsusilə işə təzə götürülən işçilərin işə və iş rejiminə adaptasiyası mərhələsindəki təlimlər çox əhəmiyyət kəsb edir. Bu vacib yetişdirmə proqramları orientasiya mərhələsi ilə başlayır. Bu mərhələ işçinin işə uyğunlaşmasını sürətləndirir, məhsuldarlığı artdırır. Bu proqramda işçilərə iş yeri və iş şərtləri haqqında sistemli şəkildə məlumat verilməlidir. İş məvhumu, istehsal edilən mal və ya xidmətin cəmiyyətə faydası və digər istiqametverici məlumatlar sistemli proqramlar vasitəsiylə verilməlidir.

 

  1. İşçi Təlimi

Təlim, əvvəlcədən müəyyən edilmiş və xüsusilə  insan davranışının və eyni zamanda  qabiliyyət və bacarıqların inkişaf etdirilməsi mərhələsidir.

İşçi təlimi, işə götürən və ya onların meydana gətirdikləri qrupların şirkət içərisində yüklədikləri və ya yükləyəcəkləri vəzifələri daha effektiv və uğurlu bir şəkildə icra edə bilmələri üçün onların peşə biliklərini genişləndirən, rasional qərarlar vermələrinin, danranışlarının, vərdişlərinin inkişaf etməsinə xidmət edən bütün fəaliyyətlərin məcmusudur.

İşçilərin təlimində hədəflənən əsas məqsədlər aşağıdakılardır.

  • Qərar vermək və problem həll etmək bacarığının artırılması
  • İstehsalatın və keyfiyyətin artırılması
  • İşçilərin işə qəbul və işdən çıxma dövriyyəsinin azaldılması

Təlimlərin işçilərin məhsuldarlığında müsbət mənada təsir etməsini təmin etmək üçün aşağıdakı şərtlər əhəmiyyətlidir.

  • Təlimlərim davamlı olaraq həyata keçirilməsi
  • Təlimdə bərabərlik haqqlarının qorunması
  • Planlı şəkildə icra edilməsi
  • Təlimə qatılanlardan maksimum dərəcədə faydalanılması
  1. İşçi motivasiyası

İnsanı hərəkətə sövq edən, hərəkətlərinin istiqamətini müəyyənləşdirən, onların düşüncələri,ümidləri, inancları, qısaca; arzu, ehtiyac və qorxularıdır. Sadalanan bu güc və qüvvələrin birləşməsi insanın psixoloji səylərini bir məqsədə çatmaq üçün səfərbər edir.

Şirkətin fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq, idarəçilər işçilərin motivasiyasi ilə maraqlanma məcburiyyətindədirlər. Bilindiyi kimi, motivasiya ilə performans bir biri ilə yaxından əlaqəlidirlər. Motivasiyası yüksək olmayan işçidən yüksək nəticələr gözlənilə bilməz. Əgər şirkət idarəçiləri şirkətin daxili və xarici fizioloji,psixoloji tələblərini dərk edib dəyərləndirə bilsələr, onda işçilərin performansını maksimuma qaldırmaq  üçün bir sıra yollar müəyyən edilə bilər. Beləliklə, həm şirkətin , həm də işçilərin tələbləri qarşılanmış olacaqdır.

Strateji İnsan Resursları İdarə edilmesində motivasiyanın müxtəlif metodaları vardır. Effektiv idarəçilər şərtlərdən asılı olaraq bu metodları ayrı-ayrı ya da birlikdə tətbiq edə bilərlər. Həm özünü, həm də qarşısındakı işçini yaxşı tanıyan idarəçi, fərqli vəziyyətlərdə fərqli motivasiya metodlarından faydalana bilər. Misal olaraq, işçilər baxımından məhsuldarlığı artırmaq üçün yaxşı münasibətlər kifayət etdiyi halda, bəziləri üçün müəyyən səviyyədə intizamın tətbiqi lazımlı ola bilər.

 

Mənbə

  1. Sabuncuoğlu , Zeyyat & Melek Tüz, Örgütsel Psikoloji, Bursa: Alfa Basım Yayım, 1998
  2. Zeynep DÜREN, 2000’li Yıllarda Yönetim, Alfa Basım Yayın Dagıtım A.S, İstanbul, 1999, s.99
  3. Sherman, A. W. Herbert J. Churden & J.R., Personnel Management, Ohio: South Western Publishing Co.
  4. İŞGÖREN VERiMLiLiGiNi ETKiLEYEN FAKTÖRLERiN iNCELENMESiNE YÖNELiK BiR ALAN ARASTIRMASI Süleyman Demirel Üniversitesi İktisadi ve İdari Bilimler Fakültesi Dergisi Y.2008, C.13, S.3 s.241-251.

Leave your thoughts