Müasir dövrdə işəgötürənin işçidən gözlədiklərinə cavab verə biləcək dərəcədə xüsusi qabiliyyət və şəxsi bacarığa sahib olan fərdlərin iş sahibi olduqları, digərlərinin isə ya işsiz, ya da xoşlamadıqları işləri etmək məcburiyyətində qaldıqları görülməkdədir. Şəxsi bacarıqlarınız, qabiliyyətləriniz, maraq dairəniz və karyera hədəfləriniz ətrafında formalaşır. Erkən yaşlardan bu yana sahib olduğunuzu düşündüyünüz qabiliyyətləriniz və ya maraq dairələriniz səbəbi ilə bəzi mövzuları öyrənirsiniz, lakin günümüzün məhdud iş imkanları və rəqabətli bazar nəzərə alındığında işlər artıq çox da sizə uyğun cərəyan etmir. Bunun səbəbi isə daima artan işsizlik səbəbi ilə, işəgötürənlərin ən çox bacarığa sahib olan namizədi işə almaq istəməkləridir. Bu səbəbdən bəzi mövzular maraq dairənizə girməsə də, bu mövzularla bağlı müəyyən bir məlumata sahib olmaq lazımdır. Nümunə olaraq, kompüterdən istifadə qəti şəkildə maraq dairənizə girməyə bilər, istifadə qabiliyyətiniz də zəif ola bilər, ancaq müasir dövrdə ən azı əsas kompüter biliklərinə yiyələnmək zəruridir. Texnologiyanın inkişafına qarşı durmaq, yeniliklərə qarşı məsafəli olmaq işəgötürənlərin əsla qəbul etməyəcəkləri məqamlardır. İkinci olaraq, dil bilikləri misal göstərilə bilər. Əvvəllər ikinci xarici dil axtarılan bacarıqlardan sayılmırdısa, halhazırda orta və yuxarı səviyyəli mövqelər üçün zəruri bir şərt halına gəlmişdir. 5-10 il bunda əvvəl mövcud bazara görə ikinci bir dil öyrənmək istəməyə bilərdiniz və bu əksik tərəfinizə tolerantlıqla yanaşan çox sayda şirkət də tapa bilərdiniz, ancaq artıq vəziyyət bu şəkildə cərəyan etmir.
İşəgötürənlərin işçilərdən gözlədikləri əsas xüsusiyyətlərə aşağıdakılar misal ola bilər.
- Analitik düşünmə qabiliyyəti
Professional iş həyatımızda qarşılaşdığımız məsələlər bəzən olduqca mürəkkəb ola bilər. Bu mürəkkəb və qarışıq məsələlər analitik düşünmə qabiliyyəti ilə həll yolu tapıla bilər. Mürəkkəb məsələləri daha bəsit, tək-tək və idarəedilməsi asan olacaq şəkildə kiçik hissələrə bölə biləcək və bunları sistemli şəkildə həyata keçirə biləcək fərdlərə ehtiyac olduqca çoxdur.
- Texniki bacarıqlar
Texnologiya dövrümüzdə hər sahəyə təsir edən və dəyişikliklərə istiqamət verən ünsürlər arasında sayılır. Mühəndislik, telekommunikasiya, avtomobil və nəqliyyat kimi sahələr yüksək texniki bilik tələb eden iş sahələri arasındadır. Bu səbəbdən bir işə nail olmaq üçün bilik, metod və üsullardan istifadə etmək bacarığına sahib insanlara işəgötürənlər tərəfindən daha çox tələbat var.
- Ünsiyyət bacarıqları
İşçilərlə, müştərilərlə yaxşı ünsiyyət qurmağı bacaran, müxtəlif keçmişə və xüsusiyyətlərə sahib insanlarla uyğunlaşa bilənlər, iş həyatlarında uğur əldə edən insanlar olurlar.
- Dil bacarıqları
Ölkəmizdə və dünyada şirkətlərin sayının artması, şirkətlərin sürətlə qloballaşmağa üz tutması ən az bir xarici dilin vacibliyinə gətirib çıxartmışdır. Beynəlxalq şirkətlərlə əməkdaşlıq qura bilmək, mövcud əməkdaşlığı əldə saxlaya bilmək üçün xarici dil faktoru əsas təşkil edir. Xarici dil olaraq ən çox istifadə edilən ingilis dilindən başqa sektora və əməkdaşlıq edilən ölkəyə görə Rus, Alman, İtalyan, İspan, Fransız, Çin dilləri kimi ikinci bir dilə yiyələnmək məcburiyyəti meydana gəlmişdir. Bu baxımdan seçdiyiniz karyera hədəfinə görə ikinci bir dili bilməyin əhəmiyyəti artmaqdadır. Misal olaraq, texnologiya, tekstil, mühəndislik və başqa sahələr üçün Alman dili; moda, arxeologiya, memarlıq kimi sahələr üçün İtalyan və İspan dilləri; turizim sahəsi üçün isə alternativ sayıla biləcək Çin və Rus dillərini bilmək işəgötürənlərin seçim zamanı sizə üstünlük vermələrində təsirli olacaqdır.
- İdarəçilik bacarıqları
Bir şirkətin necə idarə olunduğunu bilmək və yaxşı lider ola bilmək top menecer olacaq namizədlərdən istənən xüsusiyyətlərdəndir. İdarəçilik bacarıqları komanda yaratmaq, idarə etmək, resursları düzgün istifadə etmək, müştərilərin istəklərini anlamaq və strategiyaları müəyyən etmək bacarıqlarına əsaslanır.