İnsan Resursları bir rüsvayçılığı necə idarə edə bilər?

İnsan resursları mütəxəssisləri həm idarə heyətini dəstəkləməklə, həm də işçilərin haqlarını qorumaqla məsuldur. Yaxşı, yüksək səviyyəli bir idarəçi qanuni sərhədləri pozduqda və davranışlarının nəticələri bütün iş gücünə təsir etdikdə İnsan Resursları nə etməlidir?

Bəzən şirkətlərdə etik olmayan və qeyri-qanuni davranışlar meydana gələ bilər. Bir şirkət lideri etik olmayan cinsi davranışlar nümayiş etdirə bilər, ayrı-seçkilik edə bilər, hətta saxtakarlıq və ya şirkətin pulunu mənimsəmə kimi cinayət xarakterli fəaliyyətlər icra edə bilər.

Təşkilati Liderlik Konsaltinq  firmasının (Human Capital 3.0) qurucusu  Mark Fogel İnsan Resurslarının bu cür halları hansı yolla həll edə biləcəyini və bu məsələ ilə bağlı münasib qərarların verilməsindəki tərəddüdlərini aşağıdakı şəkildə ifadə etmişdir. İnsan Resursları nə etməlidir?

  • Müdafiə vəziyyətini alaraq idarəçini qorumalıdırmı?
  • Mövcud vəziyyəti pul vasitəsiylə həll etməlidirmi?
  • Yanlış davranış sərgiləyənlərə qarşı tədbir görməlidirmi?

Yaxşı, əgər yanlış hərəkəti edən şəxs şirkətin lideri və ya sahibi olarsa? Davranış qeyri-qanuni deyil, sadəcə olaraq etik deyilsə necə davranmaq lazımdır? Fogelin dediyi kimi “Düz olanı etmək”  hər zaman asan deyildir.

İR mütəxəssisləri bütün variantları çox yaxşı ölçüb-biçməlidirlər. Şirkəti ifşa edərək düzgünlüyün tərəfındə dura bilərlər, ancaq bu da onların işlərini itirmələri ilə nəticələnə bilər. Fogel: “Xüsusilə ABŞ-da dövlətin özəl sektorda çalışan və iş yerində idarəçiliklə bağlı qanunsuzluqları həm şirkət içərisindəki işçilərə, həm də cəmiyyətə yayan işçiləri qorumaq məqsədi ilə bir sıra səylər göstərməyinə baxmayaraq, ola biləcək nəticələri diqqətli bir şəkildə dəyərləndirməlisiniz.” – deyir.

Bu məsələnin bütün yükünü öz üzərinizə götürməyin!

Ən azı, İR mütəxəssisləri qanunların tələblərinə uyğun davranmalıdırlar. Həqiqətən birisi tərəfindən hər hansı bir qanun pozuntusu müşahidə edilibsə, bu məsələ ilə bağlı birisi ilə fikir alış- verişi edilə bilər. Yaxşı, İR bu məsələdə kiminlə müştərək hərəkət etməlidir? Fogel, ilk növbədə, təcili şəkildə bir idarəçiyə müraciət etməyi tövsiyyə edir. Əgər bu mümkün deyilsə, daxili hüquq məsləhətçisi və ya bir idarə heyəti üzvü ilə məsləhətləşə bilərsiniz.

Fogel, “Bu, narahatlıq verən bir söhbətdir.” – deyir. Xüsusilə hüquq məsləhətçisi və ya idarə heyəti ilə bu zamana qədər heç söhbət etməmiş olanlar üçün. Düyməyə basdığınız andan etibarən, bütün prosesi təqib etməyə və bu danışıqları aparmağa istəkli olamalısınız.”

Bundan əlavə, İR mütəxəssisləri işçiləri iş yerində qanuni və etik problemləri bildirmələri üçün cəsarətləndirməli və bu mövzuda özlərini vəzifələndirilmiş kimi hiss etmələrini təmin etməlidirlər. Ancaq unudulmaması lazım olan məqam odur ki, etdiyiniz söhbət məxfiliyini qorumaya bilər.

Hər bir addımı sənədləşdirin!

Etik olmayan bir vəziyyətdən şübhə duyuluduğu zaman İR mütləq bu mövzunu araşdırmalı və əldə edilən məlumatları sənədləşdirməlidir. Fogel “Bəzən dünən naharda danışdıqlarınızı xatırlamaq çətin ola bilər.” – deyir. Bu səbəbdən, hər şeyi real vaxtda sənədləşdirin. Bir həftə sonra bir şey sənədləşdirirsinizsə, qeyri-real dialoqlar və ya hərəkətlər ilə boşluqları doldurma ehtimalınız daha çoxdur.

Korporativ rüsvayçılığa necə cavab verərdiniz?

CEO- nuz həbs edilmiş və qarşınızda onlarla kamera var, bu vəziyyəti mətbuata necə izah edərdiniz? Bu iş heç də asan deyil. Bədahətən söylənən hər söz həm sizin,  həm də qurumunuzun əleyhinə işləyə bilər. Buna görə, qurum və ya şirkətlərin mətbuata vəziyyəti izah edə bilmələri üçün bir siyasət müəyyənləşdirmələri lazımdır. Bütün çalışanlar bu siyasətdən xəbərdar olmalıdır. Əgər mətbuatı məlumatlandırmaqdan İR məsuldursa, açıqlayacaq olan şəxsin aşağıda göstərilən tərzdə davranması daha məqsədə uyğun olar.

  • Mətbuat müsahibələrini müəyyən vaxt aralığında həyata keçirmək, “Bu mövzu ilə maraqlanmağa davam edirik, daha çox və ətraflı məlumata sahib olduğumuz zaman sizinlə paylaşacağıq.” – demək yaxşı bir yoldur.
  • Soruşulan sualları əlavə informasiya vermədən bir neçə kəlimə və ya cümlə ilə bəsit ifadələr qurmaq surəti ilə cavablandırmaq lazımdır.
  • Fərziyyələrdən uzaq durmaq, bilinən həqiqətlərə sadiq qalmaq lazımdır.

 

İR-ın daha çox işləməyinə ehtiyac duyulan proses

İdarəçilərə isnad edilən cinsi təcavüz ittihamları yayılarkən, bir çox insan “İR hara baxırdı?” – deyə sual verir.

İR-ın qurum içərisindəki cinsi təcavüz iddiaları mövzusunda ictimaiyyətə qarşı bir məsuliyyəti vardır və bundan qaçması mümkün deyildir. İR işinin öhdəsindən yaxşı gəldiyi zaman bu heç bir yerdə hallanmaz, amma işində qüsur olan kimi adı xəbər başlıqlarından əksik olmaz!

İR sadəcə dedi-qodu belə olsa, vəziyyəti dərhal araşdırmalı və həlli üçün kömək etməlidir. Heç kimi heç kimə şikayət etməməlidir. Çünki İR şikayət edəcək mövqedə deyil, şikayət ediləcək mövqedədir.

 Qaynaq:

http://www.hrdergi.com/tr/dergi-haber/2018/11-Kas%C4%B1m/2931/ik-bir-skandali-nasil-yonetebilir-

Leave your thoughts