Düzgün kommunikasiya niyə vacibdir?

Türklərdə bir söz var, ‘insanlar konuşarak hayvanlar koklaşarak’.

Bəli bizlər məhz danışaraq (sözlü və ya sözsüz) yəni ünsiyyət quraraq qarşımızdakı insanla informasiya alış-verişində oluruq. Cəmiyyətdə yaşadığımıza görə istəsək də, istəməsək də digərləri ilə ünsiyyət qurmaq məcburiyyətindəyik.

Günümüzdə komanda işinin vacibliyi ilə ünsiyyət sahib olmalı olduğumuz ən dəyərli bacarıqlardan birinə çevrilib. Çünki ünsiyyət problemi olan insanlar uzun müddət komandanın bir hissəsi olaraq qala bilməzlər.

Nə olsun ki, rəhbər olarlar- deyə düşünə bilərsiniz.

Rəhbərliklə işçilər arasında yaşanan polemikaların, anlaşılmazlıqların əksəriyyətinin təməlində ünsiyyət problemi, yəni kommunikasiyanın zəifliyi və ya ümumiyyətlə yox səviyyəsində olması dayanır.

Ünsiyyət sadəcə sözlə baş vermir. Ümumilikdə kommunikasi

  • Söz
  • Səs tonu
  • Bədən dili

olmaqla üç kanaldan ibarətdir. Ünsiyyətin düzgün alınması üçün hər üç kanaldan düzgün istifadə etməyi bacarmaq lazımdır.

Biri əlini masasına çırpdıqdan sonra, yüksək səs tonu ilə “Zəhmət olmasa dediyim cədvəli elə indi mənə göndər” desə belə, sözün ünvanlandığı şəxs “zəhmət olmasa” ifadəsinin heç bir mənası olmadığını dərk edir. Üzərində basqı və əmr hiss edir.

Ətrafınızda ünsiyyətdə çətinlik çəkən insanları görmüsünüz yəqin ki. Diqqətlə analiz etsəniz görərsiniz ki, ünsiyyətsizlik həm də onların psixoloji vəziyyətlərinə də təsir göstərib.

Əgər komandanın sayı azdırsa yəni 3-5 nəfərdən ibarətdirsə onda bir nəfərin ünsiyyət problemi yaşamaği hər zaman problemin həmin şəxsdə olduğu mənasına gəlmir. Çox vaxt bunun səbəbi komanda da var olan qruplaşma olur. Ünsiyyət problemlərinin yaranmasının digər səbəblərindən biri də hər zaman komandada hər söhbətə ağalıq etmək istəyən insanın varlığı olur. Siz o şəxsi əslində tanıyırsız.

Son olaraq, əgər komandanın bir parçası olmaq, uğur qazanmaq, irəliləmək istəyiriksə kommunikasiya bacarıqlamız bizim üçün olmazsa olmazlardan biridir. Onu inkişaf etdirmək lazımdır.

Leave your thoughts