Doğru İş (I)

Həvəsinizin Ardınca Getməyin

Bir insana işinizi sevmədiyinizi deyəndə böyük bir ehtimal həmin insan sizə işinizi ən tez bir zamanda buraxıb “həvəsinizi izləməyinizi” məsləhət görəcəkdir. Və, əgər indiki işiniz sizə mövqe və rahatlıq bəxş edirsə, dünya (ən azından internet dünyası) vəd edir ki “sevdiyiniz işi görsəniz” daha da xoşbəxt olacaqsınız.

Belə bir tətbiq ağla yatqın olsa da (əslində heç kim balaca bir kabində həyatını keçirib başqasına pul qazandırmaq istəməz) hekayənin digər tərəfi çox nadir hallanır. Elə buna görə də Ben Horowitzin 2015 ilində Kolumbiya üniversitetində təqdim etdiyi “Həvəsinizi İzləməyin” başlıqlı çıxışı dinləyənlərin təəccübünə səbəb oldu.

Çıxışı İngilis dilində izləyəbilərsiz

Risk sərmayəsi şirkəti olan Andreessen Horowitzin qurucu ortaqlarından biri və Silicon Vadisinin ən böyük sərmayədərlərindən də olan Horowitz gələcəyimizi sevdiklərimizə görə şəkilləndirməməyimizi tövsüyə edən qeyri-ənənəvi bir addıma imza atdı. Bunun səbəbləri belədir:

Həvəsləri ölçmək və dərəcələndirmək çox çətindir

“Rəqəmlərə yoxsa mühəndisliyə daha çox həvəslisiniz?” Tarixin yoxsa ədəbiyyatın daha çox aludəçisisiniz? Video oyunlarına mı daha çox həvəslisiniz yoxsa Koreya Pop mahnılarına mı? Horowitz soruşur. Fərqli iki şey haqqında eyni həyəcanı duymaq bu sualları cavablamağı çətinləşdirir. Digər tərəfdən, Horowitz hansı işi yaxşı gördüyünüzü ortaya çıxarmağın daha asan yolu olduğuna inanır. Riyaziyyatın yaxşıdır yoxsa dil bacarığın? Çox insan bu suala tez cavab verir.

Həvəslər Zaman Keçdikçə Dəyişir

2010-cu ildə hansı Facebook səhifələrini “like” etmisiz? Bəs son vaxtlarda hansıları? Əgər ikisi arasında dağlar qədər fərq vardırsa, onda Horowitz nə haqqında danışdığını çox yaxşı bilir. “21 yaşında həvəskarı olduğunuz şeylər 40 yaşında da həvəskarı olacağınız şeyler deyil” deyə izah edir Horowitz. “Bu sevgililər üçün keçərli olduğu kimi karyera seçimlərində də belədir.” Əgər xəyalını qurduğunuz və sevdiyiniz hər şey ilə əlaqəli olan bir işə sahib olsanız belə 5 il sonra da o işi sevəcəyinizin qarantiyası yoxdur.

(Bu məsləhətin çox şübhəli olduğunu düşünərək gözlərinizi süzmədən əvvəl, oxumağa davam edin-Horowitz sizi, ürəyinizə yatacaq və başınızı fırladacaq alternativlə təmin edir.)

Həvəsində Olduğunuz Şeyi Yaxşı Bacarırsınız Deyə Bir Qayda Mövcud Deyil

Nə qədər xətrə dəysə də bəzən sevdiyimiz şeylərdə bərbad ola bilirik. Amerikan İdolundakı iştirakçılardan yola çıxaraq Horowitz “Oxumağı sevməyiniz müğənni olmalısınız mənasına gəlmir.”  Hobilərinizi inkişaf etdirməyin bir neçə asan yolu olsa da (onlayn dərslər kimi) çox vaxt bu cür fəaliyyətlər sizin gerçək güclü tərəflərinizin göz ardı edilməsinə səbəb olur.

Həvəslərinin arxasınca qaçmaq “Mən-Mərkəzli” dünya görüşüdür

Horowitz deyir ki, sevdiyin işi görmək istəmək mən mərkəzli bir baxışdır və dünyaya fayda olaraq verəcəklərinizdən daha çox dünyadan əldə edəcəyiniz pul, maşın, mükafat kimi şeylərə fokuslanır. Silikon Vadisi sərmayədarına görə birincisi daha önəmlidir. Bəli, xoşbəxt yaşamağın dalınca gedə bilərsən. Amma eyni zamanda dünyada yaşayan digər 7 milyard insanın xoşbəxt olmağı üçün nə edirsən?

Buna görə, “həvəsinizi izləmək” yerinə Horowitz “kontribusiyanızı izləyin” tövsiyəsində  olduqca israrcıdır. “Çox yaxşı olduğunuz bir iş tapın və bunu dünyaya bəxş edin. Digərlərinə kömək edin və dünyanı daha yaxşı bir yer halına gətirməyə yardım edin-bu izlənməli olan şeydir.” Kontribusiyaya fokuslansanız siz mən-mərkəzli olmaqdan çıxıb onlar-mərkəzli olarsız. Və Kim Bilər? Bəlkə də bir gün bu öhdəliklərinizin düşkünü olarsız çünki onlar sizə, kainatda kiçik, müsbət çala-çuxurlar açmağınıza kömək edir.

İstifadə edilən Qaynaqlar
Şəkil: https://www.themuse.com
https://www.themuse.com
http://www.businessinsider.com/ben-horowitz-columbia-graduation-speech-dont-follow-your-passion-2015-5
https://www.youtube.com/watch?v=WRYRBGX4lVM

Leave your thoughts