Xəyalımdakı İş

Dizayner! I Hissə

Dizayn sahəsində karyera fikirləşirsiniz, amma haradan başlayacağınızı bilmirsinizsə bu yazımızı gözdən keçirin. Bu bloqumuz vasitəsi ilə sonradan dizayn sahəsində ilərləməyə qərar verən bir dizaynerin qələmindən tökülənlər ilə suallarınıza cavab tapa bilərsiniz.

“Öz-özünə öyrənən bir nəfər olaraq, mən bu oyuna çox adamdan daha gec qoşulmuşam və ‘dizayn araşdırma’ları sahəsini seçməyə qərar verməmişdən əvvəl də başqa sahələrdə də kəşfiyyat xarakterli sərgüzəştlərim olub.

Karyeranızın hansı mərhələsində olursunuzsa olun, bir sahədə də nə qədər keçmişiniz olursa olsun, əgər bir şeyə həvəslisinizsə, dizayn dünyasında aid olduğunuz yeri tapmaq tamami ilə mümkündür.

 

Özünüzü dizayner adlandırma yoluna girməzdən əvvəl mənim də istifadə etdiyim hiylə səhifəmə bir göz ataq.

‘Dizyayner Landscape’ini başadüşün

Dizayn sadəcə bir şeyin necə göründüyü ilə əlaqəli deyil. Dizaynda karyera yoluna düşərkən ilk addımınız hansı cür rollar olduğunu və necə bir dizayner olmaq istədiyinizi anlamaqdır.

UI, UX, visual (vizual), interaction (əlaqə), motion (hərəkət), research (araşdırma): Hansının arxasınca getmək istəyirsiniz? Əgər o başlıqlar sizi təlaşlandırdısa, demək ki, onları başa düşməyin vaxtıdır. Heç biri kiçik bir açıqlamaya sığmasa da aradakı fərqlərdən xəbərdar olabilərsiniz.

Tədqiqatınızı aparsanız da hansı rolun sizə ən uyğun olduğuna qərar verə bilmirsinizsə, bədbin olmayın: İş adlarını indilik görməzdən gəlin və hansı dizayn işlərinin sizi həyəcanladırdığına fokuslanın. Bu fokuslanma sizi təbii olaraq o rolların hər hansına aid xüsusi sualları cavablamağa qədər aparacaqdır. Məsələn, əgər ən böyük sualınız insanların əşyaları nə üçün və nə şəkildə istifadə etdikləri haqqındadırsa, araşdırma rolu sizin üçün uyğun ola bilər.

Əgər net olaraq bir uyğunluq tapa bilməsəniz, yaddan çıxarmayın ki, bu rollar arasındakı sərhədlər hər gün dəyişilir, hələlik sevdiyiniz dizayn çətinliklərinin arxasınca gedin və bunun sizi hara aparacağını müşahidə edin.

Edin, Edin, Edin: Təcrübə Etmək Mükəmmələşdirir

Dizayn öyrənmək üçün gediləcək xüsusi bir yer yoxdur deyərdilər. Men ilk dəfə dizayn işinə başlayanda öyrənmək üçün mərkəziləşdirilimiş bir yer olmadığını fərq etdim: Qaynaqları araşdırmağa çox vaxt ayırdım. Sizin bəxtinizdən, illər sonra bu dəyişdi: Öz tədris planınızı hazırlamaq məcburiyyətində deyilsiniz, çünki hazırda  çox belə proqram var!

Dizaynı öz-özünüzə öyrənə biləcəyiniz, ən yaxşı qaynaqlarla tanış olun:

Design Tuts+: Bu, qrafik dizayndan photoshopa, web dizayndan rəsm nəzəriyyəsinə hər şeyi içinə alan Praktiki dizayn dərslərinin mərkəzi sayılır.

Gibbon: Gibbon, dizayn öyrənmək üçün lazım olan videolar xəzinəsidir. Hekayə anlatmaq (storytelling) və copywriting (bəli, onlar da həmçinin dizayn bacarıqlarıdır!) ilə əlaqəli araşdırın, ya da dizayn öyrənmə səyahətinizlə əlaqəli öz xüsusi qaynaqlarınızı hazırlayıb paylaşın.

Hello Designer: Yadınıza gəlirsə dizayn işinə ilk başlayanda öyrənmək üçün qaynaqları çox incələdiyim haqqında danışmışdım. Hello Designer ilə tanış olun, çalışmalarımın meyvəsi! Sizi bu çətinlikdən qurtarmaq üçün, o qaynaqları bir araya gətirmək üçün az çalışmadım,  (Bir şey deyil.)

Bir Dizayner Kimi Düşünün

Dizayner kimi fikirləşmək bir gecədə ya da bir öyrədici video izləməklə baş vermir. Əqli modelləri başa düşmək, əsas qarşılıqlı əlaqə axışlarını tanımaq, və dizayn naxışları; bu bacarıqlar zaman ilə əldə edilir. Yəni, indi başlayın! Dizayn haqqında nə qədər çox bilsəniz və danışa bilsəniz, o qədər çox üzərində işləmək, geri dönüb baxmaq ya da təkrarlamaq üçün bilik repertuarı  və arxiv formalaşdırarsız.

Bir dizayner kimi düşünməyi necə öyrənmək olar? Pttrns lovely ui kimi vebsaytları dərindən incələyin və nədən xoşunuz gəlir nədən gəlmir onları ortaya çıxarın. Hansı detallara fikir veririsin və nə üçün? Sonra da niyə o tərcihləri etdiyiniz sualına açıqlıq gətirin.

Gözünüz qorxmasın– əgər dizaynda karyera dalınca düşmək istəyirsinizsə böyük ehtimalla sizin estetikaya qarşı özəl bir hissiniz mövcuddur. Bir əşyanın dizaynını yaxşılaşdıran nədir ya da niyə bəzi dizaynlar rəğbət görür bütün bunlar haqqında bir duyğu və düşüncələrə sahibsiniz-sadəcə bunlardan istifadə edə bilmək üçün öyrənməlisiniz.

Nəsə çatışımır? Davamı bir sonrakı yazımızda…

Ximena Vengoechea-Pinterest’də bir Dizayner 

İstifadə edilən Qaynaq:

https://www.themuse.com/advice/how-to-become-a-designer-at-any-stage-of-your-career

One Comment

Leave your thoughts