İnsan Resurslarında Etik Məsələlər

Bütün şirkət məsələləri və ya problemləri arasında  əxlaqi və ya etik məsələlər kontrol edilməsi ən çətin olandır. İşdə mükafat və imtiyaz, texniki münasibətlər, sağlamlıq və təhlükəsizlik problemli məsələlərə çevrilə bilir.

Nağd pul və Kompensasiya Planları

Əmək haqqı, icra prinsipləri və illik təşviq planları və s. ilə bağlı etik məsələlər vardır. İR meneceri əsas əmək haqqı bandını artımaq ilə əlaqəli olaraq özünü həmişə təzyiq altıında hiss edir. Üst rəhbərliyə daha çox mükafat ödəmək və bunun əsaslandırılması, bu təşviqin davamı üçün lazım olduğu üçün İR funksiyası üzərində təzyiqi artırır. Uzun müddətli təzminat və təşviq planları CEO-ya və ya xarici məsləhətçiyə məsləhətləşməklə tərtib edildikdə, İR-da əlavə etik məsələlər ortaya çıxır. Ödəmə barədə qərar qəbul edərkən digər işçilər və tərəfdaşlarla müqayisədə üst rəhbərliyin maraqlarını dəstəkləmək təzyiqi var.

İrq, cins və Əlillik

Son vaxtlara qədər işçilər irq, cins, mənşə və əlilliklərinə görə ayrıseçkiliyə məruz qalırdılar. Işçilərə davranış qaydalarını standardlaşdıran qanunların və bir tənzimləyici çərçivənin təkmilləşməsi ilə artıq belə bir şeyden söhbət gedə bilməz. Yaxşı şirkətlərdə tək ayrı seçkilik iş performansına görə orataya çıxır! Bununla yanaşı bu haqda şikayətlərin məhkəmə prosesinə qədər gəlib çatması, şirkətləri çətin vəziyyətdə buraxabilər. Menecerlər davranış balansı pozğunluğu və ayrı seçkiliyə səbəb ola biləcək pratikalardan uzaq durmaq üçün hazırlanır.

İş Məsələri

İnsan Resursları təcrübəçiləri işə qəbullarla əlaqəli daha böyük dilemma ilə üzləşirlər. Bir dilemma hər hansı bir dost, ailə üzvü  ya da üst icraçı tərəfindən məsləhət görülən bir nümayəndəni işə almağın ortaya çıxardığı təzyiqdən qaynaqlanır.

Elə başqa bir dilemma da işə alınan şəxsin daha sonra, saxta sənədlər təqdim etdiyinin ortaya çıxmasıdır. Buradan iki mülahizə çıxır və ikisi də həll edicidir. Birinci vəziyyətdə şəxs təlim görüb və gördüyü iş də önəmlidir. İkinci vəziyyətdə isə,şəxsin qısa vaxt ərzində gördüyü iş təqdirə layiqdir və yaxud da xüsusi bacarıqlar kombinasiyasına sahibdir. Hər iki situasiya da İR işçisini çətin vəziyyətdə buraxacaq dilemmatikdir.

Məxfilik Məsələsi

Hər hansı bir şirkətdə işləyən şəxs, bir fərd olaraq olduğu kimi qəbul edilməyi, buna hörmət edilməsini və müdaxilə edilməməsini tələb edir. İşçi çalışdığı şirkətin onun şəxsi həyatını mühafizə etməsini istəyir. Şəxsi həyat dini, siyasi və sosial inancları və s. əhatə edir. Lakin xüsusi vəziyyətlər işə götürən tərəfindən bəhs edilən normal qaydaların pozulmasına səbəb olur. Məsələn, emaillərin gözdən keçirilməsi  fəaliyyəti, bəzi işçilərin şirkətin çox da xeyrinə olmayan fəaliyyətlərlə məşğuliyətini izləmək məqsədi güdür.

Bənzər şəkildə, İR-da sağlıq və təhlükəsizlik, yenidən qurulma, işdən çıxarılma və işçilərin məsuliyyətinə dair etik məsələlər mövcuddur. Hələ də belə fəaliyyətlərin etik olarak qəbul edilib edilmədiyi dəqiqləşməyib. Məsələn, işdən çıxarma fəaliyyəti artıq keçmişdə olduğu kimi etik olmayan bir məsələ kimi dəyərləndirilmir.

Qaynaq: http://managementstudyguide.com/ethical-issues-in-hr.htm

Leave your thoughts