Rəhbərlər maaşla “göz bağlamaq” istəsələr də,işçilər üçün puldan daha qiymətli olan 18 nüans.

  1. Təqdir

Təqdir görmək, yalnız işçilər üçün deyil, hər kəs üçün ən böyük motivasiya qaynağıdır. Etdiyi işlərin dəyər gördüyünü bilən işçi, daha artığını etməyə çalışacaqdır.

2. Daxil olmaq

Bir işçinin işi,tələb  olunanları edib ,bitirmək deyil, fikir və təklifləriylə iş mühitinə tam daxil olmaq istər.

3. İnkişaf

Hər işçi, özünü inkişaf etdirəcək və yüksəlməsini təmin edəcək texniki və ya şəxsi inkişaf təhsili  almağı tələb edir.

4.Əlaqə

İşçi həm şirkətiylə ,həm də işlədiyi insanlarla kifayət qədər əlaqədə olmalıdır. O zaman ,işçi işi iki əlli tutacaqdır.

5. Mükafat

Həyatın hər sahəsində qazanılan  müvəffəqiyyət mükafatlandırılmalıdır. Şirkətlərdə, işçilərin mükafatlandırılması, təqdir etməyin bir göstəricisi olaraq ən əhəmiyyətli motivasiya qaynaqlarının əvvəlində gəlir.

6. Motivasiya

Əslində ,bu siyahıda yer alan hər fikir bir motivasiya qaynağıdır .

7. Təlimlər

İşçilər özlərini inkişaf etdirəcək və yüksəlmlərini  təmin edəcək texniki və ya şəxsi inkişaf təhsili almaq istədikləri  kimi, yerinə yetirdikləri işdə yol göstərici kəslərin köməyinə də ehtiyac hiss edə bilərlər.

8. Yüksəlmək

İşini mükəmməl şəkildə  yerinə yetirən, müvəffəqiyyətli hər işçinin hüququdur. Bu mövzudakı ən böyük tələbləri, yüksəlmələrin ədalətli bir şəkildə həyata keçirilməsidir.

9. Ədalət

Bir şirkətin təməl devizi , ‘işçiləri arasında ədalətli davranmaq’ olmalıdır. Şirkət içindəki ədalətsizlik, işçinin motivasiyasını tamamilə yox edib, hətda  işindən tamamilə qopara bilər.

10. Hörmət Görmək

İşçilərin etdikləri kiçik bir səhv olduq da  danlamaq  yerinə, səhvlərini düzəldə bilmə fürsətinin verilməsini və hər insanın səhv edə biləcəyini bilərək, bu vəziyyətə hörmət göstərilməsini tələb edirlər.

11. Çətin Vəzifələr

Çətin vəzifələr işçini stresə sala bilər, lakin bu vəzifələri yerinə yetirə bildiyin də, həm özünə etibarı həm də motivasiyası artacaqdır.

12. Karyera imkanı

Bir işçi hər zaman tərəqqi və yüksəlmə fürsətinin olduğunu bilmək istəyər. Bu işçi üçün əhəmiyyətli bir motivasiya mənbəyidir.

13. Təhlükəsizlik

Siyahıdakı fikirlərin  ən əhəmiyyətlisi budur. İşçi, işini yerinə yetirərkən ,özünü mütləq təhlükəsiz hiss etməlidir.

14. Elastik Əmək

İş saatlarındakı və mühitindəki elastiklik işçinin daha stressiz bir şəkildə vəzifələrini yerinə yetirə bilməsini təmin edəcək. Əks təqdirdə bu vəziyyət işçiyə, həm fiziki həm də psixoloji  zərər verə bilər.

15. Dinləmə

Bir işçi fikir və təklifləriylə olduğu iş mühitinə daxil olmağı istəyəcəyi kimi ,bu fikirlərin dinlənməsini və mütləq qiymətləndirilməsini də  istəyər.

16. Müvəffəqiyyətlər

Hər işçi ən əhəmiyyətlisi, müvəffəqiyyətə çatmaq üçün lazımlı olan vasitələrin (təhsil, təlim və s.) ,onun  üçün hər zaman təmin edilə biləcəyini bilmək istəyər .

17. İlərləmə

Eyni şəkildə bir işçi hər zaman ilərləməsi və yüksəlməsi üçün imkanı olduğunu bilmək istəyər.

18. Məsuliyyət

Məsuliyyət almaq və bu məsuliyyəti lazım olduğu şəkildə yerinə yetirə bilmək hər insanın özünə etibarını artırar. İşçilər, bu məsuliyyətlərin bərabər,ədalətli olaraq bölünməsini tələb edirlər.

 

 

 

Leave your thoughts