Kütlə qarşısında çıxışın 10 asan yolu

Kütlə qarşısında çıxış təcrübəli və ya təcrübəsiz bir çox insanın qorxulu yuxusu hesab edilir. “Özümü doğru ifadə edə bilməsəm”, “Utanıram”,”Hər hansı bir səhvim olarsa” kimi səbəbləri əsas gətirərək bir çox insan topluluq qarşısında çıxışdan çəkinir. Ancaq bu qorxunuz  professional həyatınızda sizin bir addım geridə qalmanıza səbəb olmamalıdır.

t

Karyera pillələrində irəliləyən hər kəsin bir gün müəyyən sayda kütlə qarşısında çıxışı qaçılmazdır.Hətta idarəçilər və rəhbər vəzifədə çalışanların kütlə qarşısında müxtəlif təqdimatlarla çıxışı iş həyatlarının olmazsa olmazı hesab edilir.Bəs ovuc içləri tərləmədən,mimika və jestlərə sahib olaraq arzulanan çıxışla kütlə qarşısına çıxmaq üçün nələrə diqqət etmək lazımdır?

Mütəşəkkil olun.Kütlə qarşısında çıxış zamanı istədiyiniz nəticəni əldə etmək üçün çıxış üçün əvvəlcədən hazırlaşın.Mütəşəkkil olun,açar sözləri və çıxış mövzusunun başlıqlarını qeyd edərək mətn hazırlayın.Çıxış zamanı açar sözlərə baxaraq kütlə qarşısında çıxışınızı həyata keçirməyə çalışın.Çıxışın bütününü hazırladığınız mətndən oxumaq isə həm sizdə stresə səbəb olacaq,həm də dinləyici kütlə tərəfindən müsbət qarşılanmayacaq bir amildir.

Vərdişlərinizi tərk edin. Nitq zamanı “ııııı”, “eee” kimi səslər çıxarmaq gündəlik nitqdə ən çox təkrarlanan xətalar  arasında yer alır.Əgər nitq zamanı davamlı olaraq bu kimi səhvlərə yol verirsinizsə nisbətən asta templə danışaraq bu problemi həll edə bilərsiniz. Burada önəmli olan bir sonraki sözün  nə olacağını düşünmək üçün özünüzə qısa bir zaman fürsəti vermənizdir.

Ritmə riayət edin. Nitq zamananı müəyyən bir ritmə riayət etməyə çalışın.Nitq zamanı mətn hazırlayarkən uzun cümlələr qurmaqdan çəkinin.Qısa və net cümlələr qurun,təsirli bir nitq üçün isə mətnin  məğzini xüsusilə vurğulamağa çalışın.Yaxşı bir nitq üçün nəfəs alışınızı və nitq ritminizi uyğunlaşdırmanız da önəmlidir.

Güzgü qarşısına keçin. Çıxışınızı güzgü qarşısında etməniz buraxdığınız səhvlərinizi görməyə imkan verəcək.Güzgü qarşısındaykən üz ifadənizə,duruşunuza,əl-qol hərəkətlərinizə diqqət edin.

a

Səsinizi yazın. Nitqinizi əvvəlindən sonuna qədər telefon və yaxud kamera vasitəsilə qeyd edin.Daha sonradan nitqinizi özünüz dinləyərək təhlil edin,buraxdığınız səhvləri və daha yaxşı bir nitq üçün qeydlərinizi edin.Bəzi insanlar özlərini dinləməyi və yaxud izləməyi sevməzlər.Ancaq səsinizin tonuna və kamera görüntünüzə alışmaq sizə daha yaxşı nitq ilə kütlə qarşısında çıxış etməyə kömək etmiş olacaq.

Sevdiklərinizin qarşısına keçin. İlk nitqinizi sevdiklərinizin qarşısında edin.Bu həm sakitləşməyinizə və ilk təcrübənizi qazanmağınıza kömək etmiş olacaq və əlbəttə ki,onlardan gələn müsbət və mənfi rəylər də nitqinizin daha mükəmməl olmağına kömək edəcək.

Təqdimat proqramlarından faydalanın. Qısa bir təqdimatdan istifadə çıxışınızı daha gözəl edəcək.Ancaq nəzərə almalısınız ki,hazırlayacağınız təqdimat qısa və aydın olmalıdır.

Dinləyici kütləsini hədəf almayın. Kütlə qarşısında çıxış edərkən dinləyici kütləsini hədəf almağınız təqdimat zamanı sizə mane ola bilər. Nəzərə alsaq ki,telefonu ilə məşğul olan və əsnəyən şəxslər hər bir dinləyici kütləsi  arasında ola bilər,ona görə dinləyici kütləsini hədəf almaq əvəzinə sizin nitqinizi xüsusi diqqətlə izləyən kütlə ilə bəzən göz təması qura bilərsiniz.

Enerjinizi yönəldin. Dinləyicilər qarşısında bəğənilməmə qorxusu yaşamaq ya da hər hansı bir əksikliyin olacağını düşünmək kütlə qarşısında çıxış edəcək şəxsin yaşadığı qorxular arasında yer almaqdadır. Bunları düşünmək əvəzinə negativ enerjinizi pozitiv enerjiyə çevirməyi öğrənin. Gərgin olmanın adrenalinin bir digər şəkil olduğunu unutmayın və  bu duyğunuzu təsirli bir çıxış üçün istifadə edin.

Mənbə: http://www.kariyer.net/toplum-onunde-konusmanin-10-kolay-yolu

Leave your thoughts