Karyera yüksəliş müddəti qısalırmı?

Karyera yüksəlişi əslində işçilərin performansı və şirkətin ehtiyaclarını müəyyən edir….

Gülümsər Bıçak, 2006 cı ildə universitet  imtahanlarında  ilk dəfə olaraq  100% nəticə göstərdiyi üçün Koç Universiteti  Elektronika və Elektromexanika Mühəndisliyi bölümünə yüzdə 100 təqaüdlü tələbə olaraq qeydiyyatdan keçmə  haqqı qazandı. Universitetdən yüksək nəticələrlə  məzun olduqdan sonra 2011ci ildən Türkiyənin ən böyük telekom şirkətlərindən birinin marketinq şöbəsinin CRM departmentində İstehsalat  müdiri olaraq işləməyə başladı, artıq iş həyatının 2 ili tamam olmuşdur ki,ilk karyera yüksəlişinə nail oldu. Qısa bir müddət sonra isə bankçılıq sektoruna transferlə daha 1 karyera yüksəlişinə nail oldu.Hal-hazırda iş həyatının beşinci ilində və 3cü karyera yüksəlişindən sonra pərakəndə bankçılıq departamentində marketing  müdiri vəzifəsində çalışır.

1990-cı illərdə bir çox iş insanına təəccüblü  gələ bilən bu karyera əhvalatı, indi artıq iş dünyasında normal sayılır.Burada motivasiya faktorlarının fərqli  olması da öz təsirini göstərir.Potensial namizəd  iş həyatına atıldıqdan sonra bir an öncə yüksəlmək istəyir. Hətta bəziləri artıq ilk  müsahibədə “Bu şirkətt nə qədər zamanda,hansı vəzifəyə yüksələ bilərəm” deyə soruşaraq ən başdan karyera planlamasını tələb edir. Belə bir tablo qarşısında şirkətlər də işçilərinin  gözləntilərini qarşılamaq  və əlində tuta bilmək üçün karyerada yüksəliş müddətlərini “qısaldır” və yeni pozisiyalar təklif edə bilir. Bu yöntəm özəlliklə maaş artımı olmayacaqsa vəzifə dəyişikliyi kimi işçilərə  motivasiya  mənbəyi olur. Yəni artıq  motivasiya  mənbələrində  maddi deyil, mənəvi dəyərlər də önə çıxır.

oga5iq0

Karyera yüksəlişinə yeni yanaşma

Son illər Karyera yüksəlişi müddətinə yeni yanaşmalar formalaşmışdır,yüksəliş kriteriyalarında da dəyişikliklər vardır. Qeyd edək ki, iş təcrübəsinə əsaslanan  karyera yüksəlişi arxa plana keçmişdir.Demək olar hər şirkəttə, performans dəyərləndirməsi, karyera inkişafı, şəxsiyyətyönümlü təlimlər İR departamentləri tərəfındən davamlı şəkildə izlənilir. Bu göstəricilərə görə müxtəlif sektorlar arasında sayca  fərqlilik hiss olunsa da rəqəmlər son 10 ildə şirkətlərdəki karyera yüksəlişi edən işçilərin  nisbətən  arttığından xəbər verir.

Mənbə: http://www.capital.com.tr/yonetim/insan-kaynaklari/terfi-suresi-kisaliyor-mu-haberdetay-24762

Leave your thoughts