Xidmət mütəxəssisi 259 views

Vakansiyanın adı: Müqavilə və satış sonrası xidmət mütəxəssisi.

 

Namizədə aid tələblər:

  • Maliyyə, mühasibatlıq sahəsində biliyi olmalı;
  • Daşınmaz əmlak satışı haqqında rəsmi qanunları bilməli;
  • Kargüzarlıq qaydaları barədə məlumatlı olmalı;
  • Təmsil etmək bacarığı olmalı;
  • Ünsiyyət qabiliyyəti yaxşı olmalıdır.

 

İş haqqında məlumat:

  • Mövcud müştərilərlə peşəkar əlaqələr qurmaq, müştərilərin bağlılıq və məmnuniyyətini artırmağa yönəlik tədbirlər görmək;
  • Müəyyən edilmiş hədəflər daxilində satış miqdarını gerçəkləşdirmək;
  • Aktiv, daimi və davamlı müştəri ziyarətləri edərək, müştərilərlə əlaqələri yüksək səviyyədə davam etdirmək və yeni müştərilər qazandırmaq;
  • Satış prosesi ilə bağlı bütün sənədləşdirmələrin həyata keçirilməsi;
  • Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyaları araşdırmaq;
  • Problemli müştəri haqqında rəhbərliyi vaxtında məlumatlandırmaq;
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatları zamanında təqdim etmək.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Müqavilə və satış sonrası xidmət mütəxəssisi)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

  • This job has expired!
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us