Xidmət mütəxəssisi 102 views

Vakansiyanın adı: Müqavilə və satış sonrası xidmət mütəxəssisi.

 

Namizədə aid tələblər:

  • Maliyyə, mühasibatlıq sahəsində biliyi olmalı;
  • Daşınmaz əmlak satışı haqqında rəsmi qanunları bilməli;
  • Kargüzarlıq qaydaları barədə məlumatlı olmalı;
  • Təmsil etmək bacarığı olmalı;
  • Ünsiyyət qabiliyyəti yaxşı olmalıdır.

 

İş haqqında məlumat:

  • Mövcud müştərilərlə peşəkar əlaqələr qurmaq, müştərilərin bağlılıq və məmnuniyyətini artırmağa yönəlik tədbirlər görmək;
  • Müəyyən edilmiş hədəflər daxilində satış miqdarını gerçəkləşdirmək;
  • Aktiv, daimi və davamlı müştəri ziyarətləri edərək, müştərilərlə əlaqələri yüksək səviyyədə davam etdirmək və yeni müştərilər qazandırmaq;
  • Satış prosesi ilə bağlı bütün sənədləşdirmələrin həyata keçirilməsi;
  • Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyaları araşdırmaq;
  • Problemli müştəri haqqında rəhbərliyi vaxtında məlumatlandırmaq;
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatları zamanında təqdim etmək.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Müqavilə və satış sonrası xidmət mütəxəssisi)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

Apply for this job
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us