Tibb Bacısı 145 views

Tələblər:

  • Yaş: 22-45 yaş;
  • Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili mütləqdir;
  • Təcrübə: Stasionar şöbədə minimum 2 il iş təcrübəsi mütləqdir;
  • Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
  • İşində məsuliyyətli olmalıdır.

 

Vəzifə öhdəlikləri:

  • Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək;
  • Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
  • Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək;
  • Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
  • Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;
  • Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması;
  • İnyeksiyaların vurulması;
  • Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət.

 

İş şəraiti:

  • Ünvan: Nərimanov rayonu, Asif Məmmədov küçəsi 30

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb Bacısı” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

More Information

  • Salary 400-500 AZN
  • This job has expired!
Share this job
Connect with us