Təqib Şöbəsinin Mütəxəssisi 275 views

“Rabitəbank” ASC Keyfiyyətə Nəzarət Departamentinin İlkin Təqib Şöbəsinin Mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  •  Bankın daxili qaydalarına uyğun olaraq gecikməsi olan istehlak kreditlərinin məsafədən təqib yolu ilə (telefon vasitəsilə) sağlamlaşdırılması prosesinin həyata keçirilməsi;
  •  Kredit ödənişlərinin gecikmə səbəblərinin müəyyən edilməsi və nəticələrin bank proqramında qeyd edilməsi;
  •  Şöbənin əsasnaməsindən irəli gələn digər vəzifələrin həyata keçirilməsi.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  •  Ali təhsil (iqtisadi təhsilin olması arzuolunandır);
  •  İstehlak kreditlərinin məsafədən təqibi və ya istehlak kreditlərinin verilməsi sahələrində ən azı 1 il iş təcrübəsi;
  •  Vətəndaş qüsursuzluğu;
  •  İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq;
  •  Stresə və gərginliyə davamlılıq, problemləri həll etmə bacarığı;
  •  Komanda tərkibində işləmək bacarığı;
  •  Ünsiyyətqurma bacarığı, müştərilərlə danışıq zamanı nəzakətlə davranmaq qabiliyyəti, diqqətlilik və dəqiqlik;
  •  MS Office proqramlarında işləyə bilmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İlkin Təqib – Mütəxəssis” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:

  • E-mail: [email protected]
  • Telefon: (012) 598 44 88
  • Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
  • This job has expired!