Satış Mütəxəssisi / Proqram Məsləhətçisi 144 views

İş barəsində məlumat:

  • Code Academy-nin tədris proqramlarının hədəflərə uyğun satışını təşkil etmək
  • Namizədlərlə onlayn və ya oflayn görüşlər keçirmək 
  • Namizədlərin təhsil ehtiyaclarını düzgün analiz edərək onları uyğun tədris proqramlarına cəlb etmək
  • Fərdi və korporativ namizədlərin qeydiyyat prosesini təşkil etmək
  • Namizədlər bazasını idarə etmək
  • Aylıq satış hesabatlarını hazırlamaq və təqdim etmək
  • Satışın tələblərinə uyğun yeni tədris qruplarının və proqramlarının yaradılmasını təklif etmək.
  • İş rejimi 5 günlükdür və növbəli iş qrafiki ilədir. İş saatları 10:00-19:00, 11:00-20:00 arasıdır.

Vəd etdiklərimiz:

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
  • Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
  • Kompyuter, mobil telefon və korporativ nömrə
  • Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • Rəqabətə davamlı əmək haqqı və satışa görə bonus

Tələblər:

  • Satış üzrə ən az 1 il, ümumi isə ən az 2 il iş təcrübəsinin olması
  • Satışın psixologiyası və prinsipləri yaxşı bilmək
  • Yüksək səviyyədə görüşlərin, danışıqların aparılması üzrə bacarıqlar
  • Güclü təşkilatçılıq və vaxtı idarəetmə bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Aktiv dinləmə qabiliyyəti
  • Komanda şəklində işləmə qabiliyyəti
  • Azərbaycan dilini əla, rus və ingilis dillərini minimum orta səviyyədə bilmək
  • Ofis proqramlarında yaxşı işləmə bacarığı
  • Dinamik, təşəbbüskar və nəticəyəyönümlü olmaq
  • Analitik düşünmə qabiliyyəti, sürətli qərar verə bilmək
  • Problem həlletmə bacarığı

 

Share this job
Information
  • Address Azerbaijan
Connect with us