Satış Məsləhətçisi 179 views

Tələblər:

  • Yaş: 18-35;
  • Təhsil: Ali və ya orta ixtisas təhsili (tibbi və biomühəndis ixtisasları üzrə məzunlara üstünlük verilir);
  • Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarığı mütləqdir, Türk və ingilis dili biliyi üstünlükdür;
  • Şəxsi avtomobilin olması üstünlükdür;
  • İşində dəqiq və məsuliyyətli olmaq;
  • Kommunikasiya və komanda içində işləmə bacarığı;

 

 

Vəzifə öhdəlikləri:

  • Tibbi ləvazimat, tibbi avadanlıq və tibbi sərf mallarının tanıtımının və satışının həyata keçirilməsi;
  • Şirkətin qoyduğu satış hədəflərini yerinə yetirməsi;
  • İxtisas həkimlərin müəyyənləşdirilib cəlb edilməsi, həkim bazasının formalaşdırılması, həkimlərlə və klinikanın təchizat əməkdaşları ilə əlaqələrin qurulması;
  • İşgüzar və korporativ danışıqların aparılması;
  • Görülmüş işlər barədə gündəlik müvafiq hesabatların hazırlanması;
  • Xəstəxanada ediləcək əməliyatlarda iştrak etməsi;
  • Ölkədə və xaricdə müntəzam olaraq treninglərdə iştrak etmək və məlumatları mənimsəyərək öz bilik və bacarıq səviyyəsini artırmaq.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər – 09:00-18:00
  • Əmək haqqı: 400-1000 AZN + bonus sistemi mövcuddur. Namizədin bilik və bacarığına əsasən fərdi yanaşma mümkündür
  • Transport və ammortizasiya xərcləri (şəxsi avtomobil olduqda) şirkət tərəfindən qarşılanır

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Satış məsləhətçisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

  • This job has expired!