SAP MM Modul üzrə Aparıcı Mütəxəssis 285 views1 application

 

Namizədə aid tələblər:

  • Ali təhsilli (sənaye mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat) olmalı;
  • Minimum 3-5 il təcrübəsi olmalı;
  • Azərbaycan və ingilis dili bilikləri olmalı;
  • MM modulu ilə əlaqədar SAP konfiqurasiyalarını bilməli;
    MM modulunun maliyyə- muhasibatlıq (FI), Satış-paylama (SD) və istehsal (PP) modulları ilə inteqrasiya nöqtələrini bilməli və konfiqurasiyasını bacarmalı;
  • SAP layihələrinin idarə edilməsi baxımından ASAP metodologiyasını bilməli;
  • Konseptual dizayn sənədini hazırlamağı bacarmalı;
  • İş Proseslərinin analiz edilməsi və təkmilləşdirilməsi üçün proses, proses idarəsi, BPR metodunu bilməli və iş axış cədvəllərini hazırlamağı bacarmalı;
  • İstifadəçilərə təlim vermək və əl kitabçası hazırlamaq qabiliyyəti olmalı;
  • Analitik düşünmək və problem həll etmək bacarığı;
  • Asan ünsiyyət qura bilməli.

 

İş haqqında məlumat:

  • Şirkətlər Qrupunun hədəfləri və təşkilati prioritetləri istiqamətində tədarük zənciri proseslərinin analizini və sistem üzərində təkmilləşdirilməsini təmin etmək.
  • Vəzifə üzrə işlərin təyin olunan standartlar (ASAP) və qrup prosedurları çərçivəsində nizamlı olaraq həyata keçirilməsini təmin və təqib etmək.
  • İcra etdiyi xidmətlər ilə əlaqədar ola biləcək riskləri müəyyən etmək və qarşısının alınması üçün fəaliyyət göstərmək.
  • İşi ilə əlaqədar ən yaxşı təcrübələri və texnologiyaları araşdırıb, məhsuldarlıq artışını yenilikçi həllərin tətbiq edilməsini təmin edəcək proyektlər yaratmaq.
  • İş proseslərini analiz etmək, təkmilləşdirilməsi istiqamətində iştirak etmək və lazımi sənədləri (to-be),(as-is) hazırlamaq.
  • İş proseslərinin iş axış cədvəllərini hazırlamaq.
  • Konseptual dizayn sənədini hazırlamaq, iş sahiblərinə təsdiqlətmək.
  • İş ilə əlaqədar konfiqurasiyaları SAP sistemində zamanında və doğru şəkildə tamamlamaq.
  • İş ilə əlaqədar baza məlumatları (hesab, müştəri, satıcı, əsas vəsait, məsrəf və gəlir mərkəzi və s.) hazırlamaq.
  • Sistemdəki uyğunlaşdırmalar çərçivəsində test ssenarilərini hazırlamaq və bütün iş proseslərini test serverlərində test etmək.
  • İstifadəçilərə iş proseslərini tam ifadə edəcək şəkildə təlim vermək və əl kitabçasını hazırlamaq.
  • İstifadəçi yetkiləndirmə matrisini hazırlamaq və təmin etmək.
  • İş proseslərini canlı sistemdə iş sahiblərinə təhvil vermək və lazımi dəstəyi göstərmək.
  • İşlərin təyin olunan hədəf və prioritetlər istiqamətində irəlilədiyini təqib etmək.
  • Aşağı vəzifəli işçilərin performanslarını və motivasiyasını artırmaq üzrə maarifləndirmək, istiqamətləndirmək; komanda işini və əməkdaşlığı təşviq etmək.
  • Göstərilən vəzifə və məsuliyyətləri ilə əlaqədar olaraq lazımi məlumatları, hesabatları və ortaya çıxan problemləri aidiyyatı şəxslərə raporlamaq.
  • Proqram standartı xaricindəki tələblərlə bağlı funksional spesifikasiyaları hazırlamaq
  • Canlı sistemdə istifadəçilərin qarşılaşdıqları problemləri incələmək və həll etmək.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“SAP MM Modul üzrə Aparıcı Mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

  • This job has expired!
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us