Müştəri Xidmətləri Tibbi Koordinatoru 258 views

Namizədə aid tələblər:

  • Tibb sahəsi üzrə ali təhsilli olmalı;
  • İş təcrübəsi 1 il;
  • Microsoft Office proqramları ilə işləyə bilməli;
  • Türk və rus dillərini yaxşı bilməli, ingilis dili bilməsi üstünlükdür;
  • Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı;
  • Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı;
  • Ünsiyyətcil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı;
  • Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı;
  • Kollektivdə işləmək qabiliyyəti olmalı.

 

İş haqqında məlumat:

  • Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
  • Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
  • Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
  • Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
  • Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
  • Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları apararaq şikayətin əsas səbəbini araşdırmaq;
  • Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq.

 

Əlavə məlumat:

 

  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] və ya [email protected] elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Tibbi koordinatorgöstərməyiniz xahiş olunur;
  • CV-lər 31.01.2020-ci il tarixədək qəbul olunacaqdır.
  • This job has expired!
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us