Mikro Kreditlər üzrə Mütəxəssis 286 views

“Rabitəbank” ASC Gəncə, Qusar, Şəmkir, Sumqayıt, Xaçmaz və Bakı filiallarında Mikro Kreditlər üzrə Mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

  •  Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin axtarışı;
  • Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;
  • Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.

Namizədə olan tələblər:

  •  Ali təhsil;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;
  • Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mikro kredit mütəxəssisi” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

  • This job has expired!