Mikro kreditlər üzrə menecer 272 views

  Mikro kreditlər üzrə menecer vakansiyası (Şirvan filialı üzrə)

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

  • Rəhbərlik etdiyi bölmənin fəaliyyətinin qaydalara müvafiq təşkili və nəzarət edilməsi, eləcə də zərurət yarandıqda bir başa kredit satışını həyata keçirmək ;
  • Kredit portfelinin keyfiyyətinə gündəlik əsasda nəzarət etmək və keyfiyyətin təmin edilməsi üçün zəruri tədbirlər görmək;
  • Rəhbərlik etdiyi mütəxəssislərin hazırlamış olduqları kredit sənədlərinin tamlığına və düzgünlüyünə nəzarət etmək;
  • Tələb olunduğu hallarda mütəxəssislərlə birlikdə müştəri bizneslərinin təhlili və kredit təyinatlarının monitorinqində iştirak etmək;
  • Filialın yerləşdiyi inzibati ərazidə mütəxəssislər tərəfindən reklam tədbirlərinin aparılmasını təmin etmək və mütəxəssislərin reklam materialları ilə təmin edilməsini təşkil etmək;
  • Tələb olunduğu hallarda seçmə üsulu ilə mütəxəssislərin müştəri axtarışı prosesində iştirak etmək;
  • Ehtiyac olunan bütün hallarda müştəri bizneslərinin təhlili prosesində tabeçiliyində olan kredit əməkdaşları ilə birlikdə iştirak etmək;
  • Təsdiq üçün Baş Ofisə təqdim edilmiş sifarişləri yoxlamaq və tələb olunduğu halda digər məlumatların verilməsini təmin etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəi;
  • Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
  • Yüksək yazılı və şifahi ünsiyyət qurma qabiliyyəti,
  • Operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
  • İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
  • Komanda tərkibində işləmə və hədəflərini dəqiq müəyyənləşdirmə bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mikro kredit meneceri” yazmağınız xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

  • This job has expired!