Mikro kredit meneceri 175 views1 application

Rabitabank” ASC-nin Mikro kredit strukturuna menecer vəzifəsi üzrə işə qəbul elan edilir.

Ölkənin ən iri banklaarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Vəzifə öhdəlikləri:

  • Mikrokreditləri üzrə büdcə hədəflərinin yerinə yetirilməsini təmin edir;
  • Mikrokreditləri portfelinin keyfiyyətinə nəzarət edir, keyfiyyətin yaxşılaşdırılması və yüksək saxlanılması üçün təkliflər hazırlayaraq zəruri tədbirlər görür;
  • Müştəri xidməti strukturları tərəfindən edilən satışlara və qoyulmuş hədəflərin yetinə yetirilməsinə nəzarət edir və bu prosesin təkmilləşdirilməsinə yönəlmiş təkliflər verir;
  • Müştəri xidməti strukturlarına bazardan ödəniş qabiliyyətli yeni müştərilərin cəlb edilməsi üçün zəruri tədbirlər görür;
  • Ehtiyac olduğu bütün hallarda müştərilərlə şəxsən görüşür və onların fəaliyyət göstərdiyi yerlərə (biznes obyektlərinə) səfərlər edir, onların biznesləri haqqında rəy bildirir;
  • Satış / kredit işçiləri üçün nəzərdə tutulan qiymətləndirmə və mükafatlandırma (bonus) sisteminin mütəmadi olaraq təhlil edir və zərurət yarandığı halda onların təkmilləşdirilməsinə dair  təklifləri hazırlayır;
  • Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəflərinin vaxtında və keyfiyyətlə icra edir.

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (İqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Mikro Kredit sahəsində azı 3 iş təcrübəsi;
  • Komandada işləmək və işlərin kordinasiyasını etmək bacarığı;
  • Yüksək kommunikasıya və təqdim etmə bacarığı;
  • Yüksək komanda ruhunu təmin etmək bacarığı.
  • Təşəbbüskarlıq və yeni ideyalara açıq olmaq;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativ və düzgün qərar vermək bacarığı.

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mikro kredit meneceri” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33.

 

  • This job has expired!