Menecer 348 views1 application

Marketinq Departamentinin Rəqəmsal Məhsullar üzrə Menecer vakansiyası.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • İnternet Bankçılıq, Mobil Bankçılıq və Çat Bot məhsullarının yaradılması, təkmillməşdirilməsi və satışının təmin olunması;
  • Məhsulların funksionallığının artırılması istiqamətində işçi qrupunun fəaliyyətində birbaşa iştirak etmək və prosesə nəzarət etmək;
  • Məhsullara uyğun testlərin həyata keçirilməsi, nəticələrin təhlili və monitorinqinin aparılması;
  • Kartmane məhsulunun Mobil Bankçılıq və İnternet Bankçılığa inteqrasiyasının təmin olunması, nəzarət edilməsi, əlavə və dəyişikliklərin edilməsi;
  • Rəqəmsal məhsulların kontent işinin aparılması;
  • Marketinq departamentin fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
  • Marketinq departamentinin icra etdiyi iş sahəsində bankdaxili normativ sənədlərin layihələrinin hazırlanmasında birbaşa və ya dolayısı ilə iştirak etmək;
  • Sahəyə uyğun olaraq iş planının hazırlanması və görülən işlərlə bağlı hesabatların verilməsi;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Operativ və düzgün qərar vermə qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda tərkibində işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
  • MS Office proqramlarından istifadə qabiliyyəti;
  • Sahə üzrə və ya oxşar sahədə 6 aya qədər iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal Məhsullar” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

  • This job has expired!