Maliyyə Departament Müdiri 351 views1 application

Namizədə aid tələblər

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
  • Beynəlxalq mühasibatlıqla bağlı olan ACCA F3, F7, F9 sertifikatlarının olması vacibdir;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • MS Office, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
  • SAP ERP proqramının FI və CO modulları ilə yüksək səviyyədə çalışa bilməli;
  • Dil bilikləri: ingilis dili – əla, rus dili – orta.

    İş haqqında məlumat

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

Çalışma qrafiki:

  • Həftəiçi 5 gün, saat 09:00-18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Maliyyə Departament Müdiri” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

 

  • This job has expired!
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us