Kreditlərə Nəzarət 188 views

Əsas vəzifələr:

  • Qayda və protokol əsasında gündəlik verilən kreditlərə nəzarət etmək;
  • Verilən kreditlərlə bağlı qayda üzrə kənarlaşma müəyyən etdikdə müvafiq filial əməkdaşından izahat almaq, struktur bölmsinin kuratoruna məlumat vermək;
  • Sistemdə səhvlərin və çatışmazlıqların aradan qaldırılmasına dair təkliflərini vermək;
  • Gündəlik ödənişlərə nəzarət etmək;
  • Müştəri müraciətlərini, ərizələrini və şikayətlərini araşdıraraq cavablandırmaq;
  • MXD və Filialdan daxil olmuş girovla bağlı məsələləri Elektron İmza vasitəsilə icra etmək və girovların statistikasını aparmaq;
  • Prosedur üzrə gecikən kreditlər üçün faizin dayandırılması barədə təklif vermək;
  • Birbaşa özününün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək;
  • Bankın rəhbərliyinin habelə birbaşa rəhbərinin müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək;

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə azı 2,5 il iş təcrübəsinin olması;
  • Analitik düşüncəyə malik olmaq;
  • İdarəetmə, nəzarət etmə və təşkilatçılıq qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığının olması;
  • Operativ və düzgün qərar vermək bacarığının olması;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • Təşəbbüskarlıq və yeni ideyalara malik olması.
  • Excel proqramı üzrə biliklərin olması.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kreditlərə nəzarət” göstərməyiniz xahiş olunur.

  • This job has expired!