Kredit və Bazar riskləri şöbəsi mütəxəssisi 83 views

“Rabitəbank” ASC  Risklərin İdarə Edilməsi departamentinin, Kredit və Bazar riskləri şöbəsinin mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Əsas vəzifələr:

  • Kredit risklərinin müəyyənləşdirilməsində iştirak etmək;
  • Kredit risklərinin kəmiyyət və keyfiyyət metodları ilə analizinin həyata keçirilməsində iştirak etmək;
  • Kredit risk modellərinin qurulmasında iştirak etmək;
  • Kredit portfelinə nəzarət etmək;

 

Namizədə olan tələblər:

 

  • Ali təhsil (Riyaziyyat, Ekonometrika, Statistika, İqtisadiyyat yönümlü)
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı;
  • Azərbaycan və İngilis dillərini səlist səviyyədə bilmək;
  • Risk sahəsində qanunvericiliyə uyğun olaraq qaydaları bilmək;
  • Analitik və risk yönümlü düşünmək qabiliyyəti;
  • Məsuliyyətli və detallara qarşı diqqətli olmaq qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində Kredit və Bazar riskləri şöbəsi mütəxəssisi  ” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Apply for this job