Kimyaçı Mühəndis 256 views3 applications

Namizədə aid tələblər:

  • Kimya və ya Qida Mühəndisliyi ixtisası üzrə ali təhsilli olmalı;
  • Bu sahədə ən azı 4 illik təcrübəyə sahib olmalı;
  • Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair bilikləri olmalı;
  • Araşdırma və analizetmə bacarığı olmalı;
  • Analitik və fiziki kimyanın əsaslarını bilməli;
  • Analizlər üçün nümunəalma qaydalarını bilməli;
  • Ağır metalların təyini üçün  analiz üsullarını bilməli;
  • Texnoloji proses parametrələrinin keyfiyyət parametrlərinə təsirini bilməli;
  • İbtidai mikrobioloji analizlər haqqında anlayışı olmalı;
  • Dövlət Standartları, sahə üzrə texniki-normativ sənəd və metodikalarını bilməli;
  • Mürəkkəb reaktivlərin təyinatını, xassələrini, hazırlanmasını və yoxlanmasını bilməli;
  • Laboratoriya cihazlarına aid standart maddə və materialların istifadə, saxlama və daşıma qaydalarını bilməli;
  • Kimyəvi reaktivlərin, maddələrin saxlanma şərtlərini bilməlidir.

 

İş haqqında məlumat:

  • İSO  9001, İSO 17025 standartına uyğun laboratoriyanın fəaliyyətinin təşkil olunması;
  • Laboratoriya personallarına ümumi rəhbərlik edilməsi;
  • İş təlimatlarına, AZS, Avropa, başqa regional və beynəlxalq standartlara uyğun analizlərin yerinə yetirilməsi;
  • Cihazların vaxtaşırı (iş təlimatlarına uyğun) kalibrasiyasının edilməsi;
  • Cihaz və avadanlıqların texniki qulluğunun yerinə yetirilməsi;
  • Laboratoriyada istifadə olunan məhlul və qarışıqların hazırlanması;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi;
  • Müxtəlif metodikalarla araşdırma analizlərini keçirilməsi və nəticələrin müqayisə edilməsi;
  • Dəqiqlik tələb edən titrləmə məhlullarını hazırlanması;
  • Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
  • Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələri standartlarla müqayisə edir;
  • Kimyəvi maddə, reaktiv və hazırlanan məhlulların effektivliyini və sərfiyyatını hesablayır;
  • Xam maddə, yarıməhlul və hazır məhsul, köməkçi, işlətmə sərf  və digər maddələrin kimyəvi-fiziki analizlərini aparır.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Kimyaçı mühəndis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

  • This job has expired!
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us