Kiçik Mütəxəssis 304 views1 application

Riteyl Kreditlər Departamentinin Məlumat Mərkəzi Şöbəsinin Kiçik Mütəxəssisi vakansiyası.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Telefon vasitəsilə bank məhsullarının satışını təmin etmək;
  • Onlayn satış və sorğuların cavablandırılması, monitorinqinin həyata keçirilməsi;
  • Bazar araşdırmasının aparılması və hesabatlılığının təmin edilməsi.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali və ya orta ixtisas təhsili;
  • Satış və müştəri xidmətləri sahəsində iş təcrübəsi arzuolunandır;
  • Yüksək ünsiyyətqurma, təqdimetmə və inandırma bacarığı;
  • MS Office proqramlarında yaxşı işləmə qabiliyyəti;
  • Əla səviyyədə Azərbaycan və Rus dili biliyi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məlumat Mərkəzi” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

  • This job has expired!