Keyfiyyətə Nəzarət üzrə Baş Mütəxəssis (İnspektor) 252 views

Namizədə aid tələblər:

  • Kimya və ya Qida Mühəndisliyi ixtisası üzrə ali təhsilli olmalı;
  • Bu sahədə ən azı 4 illik təcrübəyə sahib olmalı;
  • Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
  • Keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalı;
  • Araşdırma və analizetmə bacarığı olmalı;
  • MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalı;
  • Yağ emalı sənayesini, yağların xüsusiyyətlərini, özəlliklərini və texnologiyası reglamentini bilməli;
  • Texnoloji proses parametrlərinin keyfiyyət parametrlərinə təsirini bilməli;
  • Ümumi və analitik kimyanın əsaslarını bilməlidir.

 

İş haqqında məlumat:

  • Keyfiyyət standartlarına uyğun nümunələrin alınması;
  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
  • Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi;
  • Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
  • Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO9001 / 22000) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etmək;
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini raşdıraraq, gərəkli tədbirlərin alınmalı və uyğunsuzluqların aradan qaldırılması yönündə işlər görməli;
  • Qanunvericilikdə nəzərdə tutulan müddəalara əsasən istehsalatın dövlət standartlarına uyğun aparılmasını təşkil etmək
  • İstehsalat işçilərinə gigiyena, sanitariya və qida təhlükəsizliyi barədə mütəmadi olaraq məlumatlandırmaq, təlimlər təşkil etmək.
  • Laboratoriya avadanlıqlarının və dəzgahların düzgün istifadəsi və saxlanılmasını təşkil etmək.
  • Gigiyena və sanitariya qaydalarına əsasən günlük təftişləri həyata keçirmək;
  • Laboratoriya şəraitində test və analizlərin vaxtında aparılmasını və nəticənin rəhbərliyə bildirilməsini təşkil etmək;
  • İstehsalat hesabatlarının hazırlanması.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Baş Mütəxəssis (İnspektor)”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

  • This job has expired!
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us