Vəzifə Təlimatları:
- Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması;
- PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;
- KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
- Bazarda tanıtım məqsədi ilə şəbəkənin məhsullarının və yerinə yetirilən xidmətlərinin reklamı üçün ideyalar təklif etmək;
- Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar, reklam, PR etmək bacarığı);
- Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak;
- Şirkət daxili kommunikasıyasına nəzarət olunması;
- Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin icrası;
- Korporativ tədbirlərin təşkilində iştirak.
İş barədə məlumat:
- İş qrafiki: I-V;günlər, 09:00-18:00
- Rəqabətqabiliyyətli əmək haqqı
- Maaş: 1000 – 1200AZN
Tələblər:
- İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
- Kommunikasiya və təqdimat bacarığı;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- Müvafiq sahədə ali təhsil üstünlükdür;
- Rus və İngilis dili biliyi əlavə üstünlükdür;
- Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.