Help Desk 191 views

İT İnfrastrukturu Departamentinin Texniki Dəstək Şöbəsinin Eksperti vakansiyası.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Kompüter istifadəçilərindən müraciətlərin qəbul edilməsi və texniki dəstək xidmətinin həyata keçirilməsi;
  • İstifadəçi kompüterlərində yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması;
  • Yeni proqram təminatlarının istifadəçi kompüterlərinə yüklənməsi;
  • İstifadəçilərdə kompüterlərin şəbəkələrə qoşulmalarında yaranmış kiçik nasazlıqların aradan qaldırılması;
  • Printerlər və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqların aradan qaldırılması;
  • Müxtəlif təcili pul köçürmə sistemləri üzrə texniki xidmətin aparılması və dəstəyin göstərilməsi.

 

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.);
  • Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı;
  • İngilis və Rus dili bilikləri (orta səviyyədə);
  • Kompüterlər və periferik qurğuların quraşdırılması bilikləri;
  • Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi;
  • -VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange haqqında fundamental biliklər;
  • Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik biliklər;
  • Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;
  • Tələb olunan sahə üzrə minimum 2 il iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir).

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Help Desk” göstərməyiniz xahiş olunur.

 

ƏLAQƏ VASİTƏLƏRİ:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Apply for this job
Share this job