Elektrik/Elektronçu mühəndis 289 views

Vakansiyanın adı: Elektrik/Elektronçu mühəndis

 

Namizədə aid tələblər:

  • Aşağıdakı sahələr üzrə ali tehsil,
    • Mexanika
    • Elektronik
    • Avtomatika

 

  • Cihaz və avadanlıqların texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, mexanizm və fəaliyyət prinsiplərini bilməli;
  • Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəsi olmalı;
  • Materiallar, ehtiyat hissələri və elektrik enerjisinin məsrəf normalarını bilməli;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin qayda və normalarını bilməli;
  • Maqnit işəburaxıcılarla (kontaktor) işləmə bacarığı olmalı;
  • 1000 voltadək və yuxarı gərginlikli elektrik qurğularında çalışma icazəsi olmalıdır.

 

İş haqqında məlumat:

  • Elektrik sxemlərinə uyğun olaraq operativ işlərin görülməsi;
  • Kabel xətlərində təmir işlərinin aparılması;
  • Elektrik avadanlıqlarının təmirini heyata kecirmək;
  • Elektrik enerjisi təminatının planlaşdırılması və müvafiq hazırlıq işlərinin görülməsi;
  • Elektrik mühərriklərinin işə salınması və onlara nəzarət olunması;
  • Yağ və vakuum miqdarına nəzarət etmək;
  • Elektrik sistemində yaranan nasazlıqları aradan götürülməsi.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı Elektrik/Elektronçu mühəndis qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

  • This job has expired!
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us