Daxili Auditor 61 views

Tələblər:

  • Yaş: 20-35;
  • Təhsil: Tibbi, iqtisadi və ya digər analitik ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili;
  • Kompüter bilikləri: MS Office proqramlarından istifadə bacarığı;
  • Təcrübə: Aptek sahəsində satış üzrə təcrübə yaxud audit təcrübəsi arzuolunandır;
  • Ezamiyyəyə açıq olmalı və növbəli rejimdə işə çıxa bilməli;
  • Yeni məlumatları qəbul edib operativ şəkildə tətbiq edə bilməli;
  • Analitik təfəkkür;
  • İşində peşəkar, məsuliyyətli, ünsiyyətcil, səbrli və inkişafa meyilli;
  • Komandada işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • İllik Audit planına və plandan kənar qrafikə əsasən, apteklərə audit vizitlərinin keçirilməsi;
  • Təyin edilmiş ölkədaxili ərazilər üzrə ezamiyyətlərə gedilməsi;
  • Audit viziti zamanı qarşılaşılan problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi, təhlili və tövsiyələrin hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və müvafiq şəkildə hesabatların verilməsi;
  • Şirkətdaxili konfidensiallığa riayət olunması;
  • Audit vizitinin nəticəsinə uyğun olaraq statistik, risk hesabatlarının və iş planlarının təqdim edilməsi.

 

İş şəraiti:

  • Əmək haqqı: 500-600 AZN gross

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Daxili Auditor” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Apply for this job