Büdcə şöbəsinin rəisi 197 views

“Rabitəbank” ASC-nin   Maliyyə menecmenti departamentinə, Büdcə şöbəsinin rəisi vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Əsas vəzifələr: 

  • Bankın strateji baxış, hədəfləri, missiya hesabatı üzrə dəyişikliklərin ediməsi və təkliflərin verilməsi;
  • Bankın maliyyə hədəflərinin, balans, mənfəət, zərərlər və nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
  • Strateji, əməliyyat və maliyyə planlarının uzlaşmasının həyata keçirilməsi;
  • Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın hazırlanması və qiymət siyasəti barədə təkliflərin verilməsi;
  • Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanması;
  • Büdcənin icrasına nəzarətin həyata keçirilməsi;
  • Proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilinin aparılması;
  • Struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması;
  • Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
  • Struktur bölmələrdən toplanmış büdcə layihələrinin təhlil edilməsi.

 

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Maliyyə və mühasibatlıq üzrə azı 3 il təcrübəsi;
  • Böyük məlumat bazası ilə işləmək bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan dili, İngilis dili arzuolunandır;
  • Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat etmə bacarığı;
  • Komanda şəklində çalışma və idarəetmə qabiliyyəti;
  • Yüksək səviyyədə Excel bilikləri, VBA bilikləri üstünlük hesab olunur;
  • Oracle SQL proqramlaşdırma dili ilə işləmək bacarığı;
  • Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatlara malik olan namizədlərə üstünlük verilir (məs.CIMA, ACCA).

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Büdcə şöbəsinin rəisi” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3

 

 

Apply for this job