Baş mütəxəssis (İnfrastruktur və satınalmalar departamentini) 135 views

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Struktur bölmələri də daxil olmaqla Bankı əsas vəsaitlərə, materiallara və azqiymətlilərə olan ehtiyaclarının təmin edilməsinə nəzarət etmək;
  • Bankın mövcud əsas vəsaitlərinin və material aktivlərinin inventar uçotunun aparılmasını təmin etmək;
  • Bankın digər struktur bölmələri ilə İSD departamentinin əlaqəli işinin qurulmasını təmin etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
  • Oxşar sahədə 2il iş təcrübəsi;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olmaq;
  • Yüksək kommunikasiya qurmaq, komandada işləmək və problemləri həll etmə bacarığı;
  • Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu hissəsində “İnfrastruktur və satınalmalar Departamentinin Baş mütəxəssisi” qeyd edərək, göndərə bilərlər.
Apply for this job