Avtomatika Mühəndisi 188 views

Əsas Tələblər:

  • Ali texniki təhsil;
  • İş təcrübəsi minimum 3 il;
  • Rus dili və ingilis dili bilənlərə üstünlük verilir;
  • Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC) yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC);
  • PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli;
  • SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli;
  • PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
  • AC invertorların (driver) proqramlaşdırılmasını bilməli.

 

Vəzifə və Öhdəliklər:

 

  • Avtomatik idarə etmədə istifadə edilən kommunikasiya texnologiyalarının tətbiqinin təmin edilməsini həyata keçirmək;
  • PLC quraşdırılması, konfiqurasiyası və optimallaşdırılmasını təmin etmək;
  • İstehsada olan funksional maşınların PLC proqramlanmasının təmin edilməsi;
  • İstehsada olan funksional maşınların HMI sistemlərinə nəzarət;
  • Avtomatik idarə etmə təchizat və cihazların texnoloji proseslərin texniki xüsusiyyətlərinə uyğun tənzimlənməsi və gərəkli dəyişikliklərin edilməsi;
  • Teknoloji proseslərin fasiləsiz işinin təmin olunması üçün avtomatik idarəetmə və cihazların texniki xidmət, təmiri və ehtiyat hissələrinin vaxtında sifarişini təmin etmək;
  • Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə alınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
  • Bütün tip kontrollerlərin yoxlanması üçün test sistemlərini hazırlatmaq;
  • Çox funksiyalı ölçmə cihazlarının kalibrləmə və parametrlərinin girilməsinə nəzarət etmək;
  • Yeni xətlər, təchizatlar və cihazların ilkin yoxlamasından və istehsalın işə alınmasını təmin etmək;
  • Barkod, koli və qutu kodlama cihazlarına nəzarət etmək və parametrində lazımi dəyişikliklər etmək;
  • Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istifadə kitablarının hazırladılmasını təmin etmək;
  • Proses nəzarət parametrlərin SCADA sistemlərinə qoşulmasını təmin etmək;
  • İdarə etmə dövrələrin, panel şəkili və prinsipial sxemalarının hazırlanmasına nəzarət etmək;
  • Texnoloji proseslərə uyğun lokal PID kontrolların qurulmasını təmin etmək;
  • Nəzarət ölçü cihazlarının nizamlanması.

 

 

Əlavə Məlumat:

 

  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
  • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Avtomatika mühəndisigöstərməyiniz xahiş olunur;
  • CV-lər 31.01.2020-ci il tarixədək qəbul olunacaqdır.
  • This job has expired!
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us