Əsas Tələblər:
- Ali texniki təhsil;
 - İş təcrübəsi minimum 3 il;
 - Rus dili və ingilis dili bilənlərə üstünlük verilir;
 - Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC) yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC);
 - PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli;
 - SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli;
 - PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
 - AC invertorların (driver) proqramlaşdırılmasını bilməli.
 
Vəzifə və Öhdəliklər:
- Avtomatik idarə etmədə istifadə edilən kommunikasiya texnologiyalarının tətbiqinin təmin edilməsini həyata keçirmək;
 - PLC quraşdırılması, konfiqurasiyası və optimallaşdırılmasını təmin etmək;
 - İstehsada olan funksional maşınların PLC proqramlanmasının təmin edilməsi;
 - İstehsada olan funksional maşınların HMI sistemlərinə nəzarət;
 - Avtomatik idarə etmə təchizat və cihazların texnoloji proseslərin texniki xüsusiyyətlərinə uyğun tənzimlənməsi və gərəkli dəyişikliklərin edilməsi;
 - Teknoloji proseslərin fasiləsiz işinin təmin olunması üçün avtomatik idarəetmə və cihazların texniki xidmət, təmiri və ehtiyat hissələrinin vaxtında sifarişini təmin etmək;
 - Avtomatik idarəetmə və ölçmə cihazlarında nasazlıq müəyyən olunduğu zaman təmiri və yenidən işə alınmasını təmin etmək və ya bu kimi işlərə nəzarət etmək;
 - Bütün tip kontrollerlərin yoxlanması üçün test sistemlərini hazırlatmaq;
 - Çox funksiyalı ölçmə cihazlarının kalibrləmə və parametrlərinin girilməsinə nəzarət etmək;
 - Yeni xətlər, təchizatlar və cihazların ilkin yoxlamasından və istehsalın işə alınmasını təmin etmək;
 - Barkod, koli və qutu kodlama cihazlarına nəzarət etmək və parametrində lazımi dəyişikliklər etmək;
 - Avtomatika sistemi elementlərinin istismarı və təmiri üçün istifadə kitablarının hazırladılmasını təmin etmək;
 - Proses nəzarət parametrlərin SCADA sistemlərinə qoşulmasını təmin etmək;
 - İdarə etmə dövrələrin, panel şəkili və prinsipial sxemalarının hazırlanmasına nəzarət etmək;
 - Texnoloji proseslərə uyğun lokal PID kontrolların qurulmasını təmin etmək;
 - Nəzarət ölçü cihazlarının nizamlanması.
 
Əlavə Məlumat:
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
 - Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Avtomatika mühəndisi”göstərməyiniz xahiş olunur;
 - CV-lər 31.01.2020-ci il tarixədək qəbul olunacaqdır.
 
				