Art Direktor 225 views

“Rabitəbank” ASC Marketinq Departamentinə Art Direktor vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərini zamanında və yüksək keyfiyyətlə həyata keçirmək;
  • Reklam kampaniyasının bütün mərhələlərinə dair kreativ təkliflər və həllər vermək;
  • Bankın korporativ «brandbook»-a əsaslanaraq bütün dizayn işlərinin və təqdimatların hazırlanmasını həyata keçirmək;
  • Məhsulların korporativ «brandbook» – a əsasən istehsal olunmasını təmin etmək;
  • Bank daxilində istifadə olunan blank, sertifikat və sair formaları hazırlamaq;
  • Bankın intranet, websayt və digər sosial şəbəkələrdəki rəsmi səyfələrinin korporativ imicə uyğun olaraq dizayn eskizlərini həyata keçirmək;
  • Filialların eksteryer və interyer dizaynın eskizlərini hazırlamaq;
  • Küçə və fasad reklamının dizayn işlərin eskizlərini hazırlamaq;
  • Kənar dizaynerlərlərə təhkim edilən işlərin idarə edilməsini həyata keçirmək;
  • Bank və kommersiya sirrini qorumaq;
  • Özünün, habelə struktur bölmənin fəaliyyətinə aid olan digər məsələlərin icrasını təmin etmək;
  • Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədlərin (qayda, təlimatlar, siyəsətlər və s.) tələblərini tam bilmək və onlara riayət etmək;
  • Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
  • Bankın video çarx və foto çəkilişləri zamanı prosesə nəzarət etmək.

Vəzifəyə olan tələblər:

  • Qrafik dizayn sahəsində 5 ildən artıq iş təcrübəsi;
  • Adobe Creative Suite üzrə peşəkar təcrübə;
  • Tipoqrafiya, qablaşdırma üzrə təcrübə;
  • Komanda tərkibində və fərdi işləmək qabiliyyətinin olması;
  • Məsuliyyətli, işgüzar və ünsiyyətqurma qabiliyyətinə malik olmaq;
  • Üçüncü tərəf dizayn agentlikləri və şəxslərlə işləmək və sifarilər üzrə işlərin kurasiya edilməsi bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Art Direktor” göstərməyiniz xahiş olunur.

Apply for this job