Aparıcı mütəxəssisi 177 views

Riteyl Kreditlər Departamentinin Partnyorlarla İş Şöbəsinin Aparıcı mütəxəssisi vakansiyası.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
  • Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
  • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi;
  • Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərin cəlbi imkanlarının dəyərləndirilməsi;
  • Satış prosesi və bazar araşdırması ilə bağlı müvafiq hesabat və təqdimatların hazırlanması.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Yüksək ünsiyyətqurma və təqdimetmə bacarığı;
  • Bazar araşdırması prosesinin təşkili bacarığı;
  • Komanda tərkibində işləmək bacarığı;
  • Əla səviyyədə Azərbaycan və Rus dili biliyi (ingilis dili biliyi arzuolunandır);
  • Operativ, məsuliyyət, düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Sahə üzrə 2 illik iş təcrübəsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Partnyorlarla İş” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Apply for this job